Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

30 iyun 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- İndi biz də başlayacağıq televiziyalar, bəzi qəzetlər kimi ancaq başqa ölkələrdə olan murdarlıqlar barədə yazmağa. Qoy, bizim nöqsanlardan da onlar yazsın.
- İndi nədən başlayacağıq?
- Müqavilə bağlamışam, Yaşılburun, Qırmizi burun, Sarıburun və sair adamların müxbirləri ilə. Onlar öz ölkələrindən qəribə işlərdən yazacaq, biz də xalqa çatdıracağıq.
- Məsələn.
- Məsələn, elə son 2-3 gün xeyli xəbər gəlib. Bu vilayətin ən məşhur şəhərlərindən birində hakim boşanma məsələsinə baxır. İşi boşanan qadının xeyrinə həll etmək üçün 300 dollar istəyir. Eşidəndə ki, pul yoxdur, hakim deyir, onda haqq-hesabı başqa cürə odə, yəni ki, “o məsələ” formasında. Utandığından başını itirən gəlin qaçır bacısınin yanına. Məsələdən hali olan bacı gəlir bir başa hakimin otağına və oradaca onu necə deyərlər, ağ yuyub qara sərir. Ürəyi bununla soyumayan qadın 3 gündən sonra yenidən gəlib həmin hakimi bir də aşağılayır.
- İndi bu xəbər hansı adadan gəlib?
- Bu xəbər Lenburun adasından gəlib. Amma Masburum adasından gələn xəbər də bombadır. Bütün dükan-bazara, super marketlərdən qızıl satanlaradək hər “toçka”əvvəlkindən 10 qat artığına haqq qoyan yeni rəis, indi tamam təzə biznes yeri tapıb. Belə ki, bəzi-bəzi yerlərdən 10-12 qəşəng xanım gətirib, buraxıb rayona. Tapşırıq da belədir ki, həm istirahət həm də ticarət. Bir də həmin xanımlara tapşırılıb ki, əsasən vəzifəli və pullu kişilərə ilişsinlər. Artıq tora düşənlər var.
- O tərəflərdən başqa nə xəbər var?
- Deməli, Alabulaburun, adlarındakı vəzifələrdən birində bir nəfərin rəhbərə işi düşür amma alınmır. Rəhbər beyir ki, burada xoşun deyil get o biri rayona. Şikayətçi deyir ki, orada da rəhbər sənin dayın oğludur da. Deyir, onda get lap o bir rayona. Şikayətçi deyir, həmən yerdə də sənin əmioğlundur. Nə isə, rəhbər xeyli yer sayıb, təxminən eyni cavabları alandan sonra əsəbləşib deyir ki, onda get cəhənnəmə. Şikayətçi də heç halını pozmayıb deyir, ora neçə gedim? Cəhənəmi də görbagör əmin keçirib öz ixtiyarına.
- Bəs sonra nələr olur?
- Bu hərəkətinə görə həmin rəhbəri işdən qovurlar. Onun yerinə gələn rəhbər baxıb görür ki, bu şəhərdə işverənlərin, üzəduranların əlindən tərpənmək münkün deyil. Tutdurmaqla, asdırmaqla bu fəsildən olanları yığışdırıb qurtarmaq olmaz. Buna görə yekə bir qəsir tikdirib, bütün üzəduran, aravuran, işverən, dəyyusluq edən nə qədər antipod varsa, hamısını yığır ora. Deyir ki, bunlara istədikləri qədər yemə-içmək verin, qəşəng-qəşəng geyindirin, bircə bunları adam içinə buraxmayın ki, xalqı bir-birinə vurmasınlar. Həmin qəsrə rəhbərliyi də Quseyin adlı məşhur üzədurana tapşırır. O vaxtdan həmin vilayətdə hamı can deyib, can eşidir.
- Deyirəm, sən ki, dünyanın hər yerində min əziyyətlə bu qədər xəbər-ətər toplayıb zəhmətkeşləriməzə çatdırırsan, bəs nə əcəb, sənə də bir mükafadan-zaddan vermirlər. Sənin “Qız qalası” mükafatı alan şəxslər-dən nəyin əskikdir.
- Harahat olma danışmışam, dəllallarıma demişəm, haqlarını da veriblər Bu günlərdə, bacınına da, “Arvad qalası” Beynəlxalq Mükafatı verəcəklər. İstəsən plastik kartını girov qoy, kreditə bir az pul götür, sənin üçün də təşkil edim.
- Allah kəsin elə mükafatları. Mən belə ucuz işləri özümə yaraşdırmıram. İndi orden, medal alanların çoxu üzəburanlıq edir. Medal alıb alayarımçıq kişi olunca, medalsız əsil kişi kimi yaşamaq daha şərəflidir. Dədələr goru düz deyirəm.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10