Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı film çəkilib – VİDEO


Filmdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qəddarlıq və vəhşiliklərdən bəhs olunur
 
Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sənədli film hazırlayıb.
Cenub.az ayna.az-a istinadən xəbər verir ki, filmdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qəddarlıq və vəhşiliklərdən bəhs olunur.
 
Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin istehsalı olan ekran işində hələ 1905-1907-ci illərdən başlayaraq ermənilərin azərbaycanlılara qarşı qanlı aksiyalar həyata keçirdikləri diqqətə çatdırılır.
 
Filmdə erməni quldurlarının azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini dağıtdığına dair görüntülər də yer alıb. Ekran işində tarixi kadrlardan istifadə olunub, eləcə də, mütəxəssislərin ermənilərin törətdiyi vəhşilik faktları barədə fikirləri əksini tapıb.
 
Film Quba Soyqırımı Memorial Kompleksində lentə alınıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10