Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran. Polis işçisi və 14 yaşlı qız- məsələsininin müəmmaları -Doğrudanmı, polis işçisi əxlaq sədlərin aşıb, ya ana azyaşlı qızını bir şər alətinə çevririb?




Bu “virislu günlərimizdə” lənkəranlı bir qadın 10 gündən artıqdır ki, qızının polis işçisi tərəfindən təcavüzə məruz qalması barədə bizə aramsız müraciətlər edir.  3 dəfə qızı ilə cenub.az-ın  Masallıdakı redaksiyasına gəlib. Dəfələrlər telefon danışığımız olub. Bu olaya görə ölkəni ayağa qaldırcağını bəyan edib. Heç bir halda geri çəkilməyəcəyini bildirib.
Olayın əsas mahiyyəti ondan ibarətdir ki,  ana təkidlə bildirir  “14 yaşlı qızım, ona təhkim olunmuş polis işçisi tərəfindən təcavüzə məruz qalıb. Polis işçisi dəfələrlə onları Bakıda və Lənkəranda restorana aparıb. Onların  Lənkərandakı həyət evində olub. Saatlarla, dəfələrlə, bəzən səhərə qədər ayrıca otaqda qızımla olub, mərhəm münasibətlər yaşayıb” və sair. 14 yaşlı qız da çəkinə-çəkinə olsa da, anasının dediyini təsdiq edib. Həmin ananın, həm qızın dediklərini öz razılıqları ilə video lentə götürdük. Yazılı izahatlarını aldıq. O, həmçinin polis işçisi ilə qızının şəkillərini təqdim etdi. Lakin ortada nə həkim kağızı var, nə də şahid ifadələri
Olayın olduqca həssas olduğunu, mübahisəli suallar doğurduğunu nəzərə alıb, qarşı tərəfin  fikrini öyrənməyə çalışdıq. Bir qədər gec olsa da, DİN-in cənub bölgəsi üzrə Mətbuat qrupunun  baş inspektoru Məmməd Rzayev  bizə ətraflı və tutarlı cavab məkubu yolladı. Həmin cavabı sizə təqdim edirik:

“Lənkəran. Doğrudanmı polis işçisi 14 yaşlı qızla?..Yaxud, rəsmilər niyə mövqelərini bildirməkdən çəkinir? başlıqlı yazı ilə bağlı ilk olaraq qeyd etmək istərdik ki, yazıda haqqında danışılan azyaşlı D.Ə.-nın atası Lənkəran rayonlarararası narkoloji xəstəxanasında 12 ildir ki, narkotik aludəçisi kimi qeydiyyatdadır. 
Ailə isə Lənkəran Şəhər Rayon Polis Şöbəsində münaqişəli ailə kimi qeydiyyata alınıb. Valideynlər arasında münasibətin normal olmaması səbəbindən övladları D.Ə-ya düzgün diqqət və qayğı göstərilməyib və azyaşlının təhsildən yayındığı, dəfələrlə evdən qaçdığı müəyyən edilib. Eyni zamanda qızın anası dəfələrlə qızı D.Ə-nin evdən qaçması, intihara cəhdlər etməsi ilə bağlı polisə müraciət edib. 
Qeyd olunan hallarla bağlı ŞRPŞ-də araşdırma aparılıb və D.Ə. barəsində Lənkəran ŞRPŞ-nin əməkdaşı  O. Ş. tərəfindən profilaktiki iş açılaraq qeydiyyata götürülüb. 
Bundan sonra D.Ə. və onun ailə üzvləri ilə əmr və təlimata uyğun profilaktiki tədbirlər görülüb. Polis əməkdaşı xidməti zərurət və humanizm prinsipləri əsasında D.Ə-nin intihardan çəkindirilməsi, təhsilə yönəldilməsi, zərərli vərdişlərdən yayındırılması istiqamətində davamlı söhbətlər aparıb. Lakin, bütün bunlara rəğmən azyaşlı qız anasının təkidi ilə polis əməkdaşına qarşı əsassız tələblər və iddialar irəli sürdüyündən profilaktiki işin aparılması digər əməkdaşa həvalə edilib. Bundan hiddətlənən ana onlarla aparılan profilaktiki işin O.Ş.ya qaytarılmayacağı təqdirdə sosial şəbəkələrdə şantaj xarakterli paylaşımlar edəcəyini və şikayətlərini davam etdirəcəyini bildirib. 
Əlavə olaraq bildiririk ki, azyaşlının anası bundan əvvəl də ayrı-ayrı şəxslərlə bağlı Lənkəran ŞRPŞ-yə müraciət edərək onların azyaşlı qızı D.Ə-nı qaçırıb, onu zorladığını və əxlaqazidd hərəkətlər etdikləri barədə böhtan xarakterli məlumatlar verib. Araşdırmalarla həmin faktlar təsdiqini tapmamış, eyni zamanda qızın anası özü də sonradan heç bir şikayətinin olmadığını bildirib.
Bundan əlavə həmin qadın ondan ŞRPŞ-yə şikayət edən bir nəfər Lənkəran sakini olan qadını mart ayının 7-də şöbənin inzibati binasında nalayiq söyüşlərlə təhqir edərək döyüb. Həmin qadına qarşı tətbiq etdiyi şiddətin qarşısı polis əməkdaşlarının aktiv müdaxiləsindən sonra alınıb. Bununla bağlı şöbənin təhqiqat bölməsində onun barəsində araşdırma aparılıb və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu(xırda xuliqanlıq) və 157-ci(döymə) maddələri ilə qərar qəbul olunub. 
Görünən odur ki, azyaşlı qızın anası böhtan xarakterli iddiaları ilə həm də polisin qanuni işinə təsir göstərmək fikrindədir. Bildiririk ki, səslənən iddialar qərəzlidir və reallığı əks etdirmir. Eyni zamanda onun sosial şəbəkələrdəki böhtan xarakterli paylaşımları ilə polis zabiti O. Ş.-nin işgüzar nüfuzuna xələl gətirdiyi üçün həmin polis əməkdaşı tərəfindən məhkəməyə müraciət ediləcək”
DİN-in cənub bölgəsi üzrə Mətbuat Qrupunun  baş inspektoru Məmməd Rzayev”.
     

Redaksiyadan. Məsələni daha obyektiv işıqlandırmaq üçün qarşı tərəfin məktubunun əsas məzmununu  telefonla həmin qadına çatdırdıq.  Bəzi əməllərinin faş oldunğunu,  polisdə yol verdiyi qanunsuz hərəkətlərə görə məhkəmə təhlükəsi ilə üzləşəcəyini görüb, “sağ-sol” vurmağa başladı və yazını bir qədər yubatmağı xahiş etdi.
Bəlkə də hər şeyə burada nöqtə qoymaq olardı.
Lakin, biz tam təfərrüatı detalları ilə qələmə almadan, videoları paylaşmadan, konkret adlar çəkmədən bəzi məqamlar barədə izləyiciləri məlumatlandırmağa qərar verdik.
Birincisi, izləyicilər təkidlə soruşurdu ki, 2 dəfə verdiyiniz anonsun sonu nə oldu?
İkincisi, diqqəti ona yönəltmək istədik ki, bir ana 14 yaşlı yeganə qızını necə şər alətinə çevirə bilər? Təsəvvür edin, ana deyir ki, 14 yaşlı qızım həyət evindəki qonşu otaqda 30 yaşlı polis işçisi ilə saatlarla, bəzən də səhərə qədər  görüşür. Daha nələr, nələr. Bu  ana isə yanaşı otaqda başqa biri ilə onu gözləyir. Hansı ana buna narazı olar? Bizim sorğumuza verilən cavabda bildirilir ki, ana bu qızın adı ilə bir neçə dəfə digər şəxsləri də günahlandırmaq istəyib, sonra da özü gəlib ərizəsini geri götürüb. Deyəsən, bu dəfə də saytımızın adı ilə kimlərəsə “xox” gəlmək istəyib.
Ortada 14 yaşlı bir qızın uğursuz və qeyri-müəyyən taleyi var. Ata narkoloji xəstə, ana onu bir şər alətinə çevirib, öz qızına  qara yaxa-yaxa idarələr, eləcə də redaksiyalar dolaşır. Olduqca məsum bir uşaq olan qız isə anasına baxa-baxa, kör-köranə onun dediklərini təsdilqləyir. Bu qızın sabahını necə təsəvvür edirsiniz? Yəqin ki, qadın təşkilatları bunun fərqində olacaqlar.
Onu da qeyd edək ki, ana və qız hər dəfə redaksiyada  bir neçə şəxsin, eləcə də qadın təşkilatlarının təmsilçiləri ilə birlikdə qəbul edilib.
Şikayətdə adı hallanan polis işçisi ilə görüşmək imkanımız olmasa da, onu yaxından tanıyanların  dediklərinə görə O.T. öz işinin peşəkarı, kifayət qədər vicdanlı, namaz qılan, eləcə də hörmətli bir müəllim ailəsinin övladıdır.
Şikayətçi qadının anadan olduğu ərazidən və yaşadığı kənddən isə onun haqqında təəssüf ki, heç də xoş olmayan, media səhifələrinə çıxarılası mümkün olmayan  söhbətlər eşitdik.
Çox təəssüf edirik, sıralarımızda ana adından çəkinmədən övladını şər alətinə çevirənlər də var.
Bu gün, həmin şəxslərin adın konkret çəkməsək də,  həmin şəxs belə addımlarını davam etdirrsə, eləmizdəki videoları və digər sübutları əlaqədar təşkilatlara təqdim etmək məcburiyyətində qalacağıq.
İstər-istəməz yada ağsaqqallarıızın gənclik vaxtı bizlərə dediyi nəsihətlər düşür “Həmişə şəri-şeytandan, quru böhtandan, məkri-zənəndən qorunun!”
Zahir Əmənov. Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10