Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Dünyamızın bəlası-koronovirusla necə mübarizə aparırlar?



Rayonumuzda hansı ərazi dairəsində neçə tənha insan var?

Dəhşətli, ağlagəlməz bir bəla ilə üz-üzəyik. Belə məqamda hamı inciklikləri kənara qoymalı,  hər hansı nöqsanı (ya səhlənkarlıqdan, ya bacarıqsızlıqdan, ya savadsızlıqdan) silaha çevirməməli, fürsətçilik etməməlidir. Biz də  mövcud vəziyyətə eyni anlayışla yanaşıb, geniş auditoriyamızın, peşəkar kollektivimizin olduğunu nəzərə alıb ilk mənbədən-icra hakimiyyətindən görülən və planlaşdırılan tədirləri təmənnasız işıqlandırmağa qərar verdik.
 Təklifimizə rayon rəhbərliyi tərəfindən həssaslıqla yanaşıldı. Bunu görə, əhali ilə hakimiyyət arasında körpü olmağa çalışacağıq. Yəni sizin təkliflərinizi, iradlarınınəzı hakimiyyətə çatıracaq, onların gördüyü işlərlə bağlı sizi məlumatlandıracağıq. Bununla bağlı məlumatlar cenub.az saytının “Masallı- koronavirusla mübarizədə” bölümündə yerləşdiriləcək. Yəni, bu barədə məlumatlar eyni bölümdə, eyni məkanda.

Bizdə necə tənha insan və 
onlara xidmət edən neçə şəxs var?
Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsindən aldığımız məlumata görə Masallı rayonunda 70 yaşdan yuxarı 98 tənha insan var.
 Bundan əlavə koronovirusla bağlı elan olunmuş karantin  qaydalarına görə 65-70 arası daha 42 nəfər bu çevrəyə daxil edilib. 
Həmin şəxslərə yardım etmək üçün 16 nəfər şəxs məşğuldur. 

Kəndlərdə hər 8, şəhərdə isə 12 nəfərə bu məqsədlə bir xidmətçi ştatlı xidmətçi ayrılıb. 

Bu şəxslərin xidmətinə həmin tənha insan üçün dərman, ərzaq almaq, zibillərini kənara daşımaq daxildir. Aşağıda həmin tənha insanların ərazi dairələri və kəndlər üzrə həmin şəxslərin sayını və adını, həm də onlara təkim edilmiş xidmətçiləri sizə təqdim edirik.





(Təəssüf ki, DSMF Masallı rayon təşkilatından siyahını çox pinti, qatışıq təqdim ediblər. Şəkil kimi göndərildiyi üçün üzərində işləyib sahmanlamaq da imkanı olmadı)
Bu məsələni detalları ilə işıqlandırmaqda isə məqsəd xeyirxah insanların diqqətini onlara yönəltməkdir. Yəni, bilək, ətrafımızda hansı tənha, imkansız insanlar var. 
Qeyd: Əgər siyahıdan kənar insanlar varsa, onların da  ad və ünvanını bizə bildirin ki, müvafiq orqanların diqqətinə çatdıraq.
Həmçinin lazım bilsəniz, etdiyiniz yardımlar barədə cenub.az saytının  ”Masallı-konovirusla mübarizədə” bölümündə işıqlandıra bilərik.

Hazırda isə  2 gündür Masallı icra hakimiyyətindən aşağıdakı sualların cavabını gözləyirik -
-    Masallı rayonunda koronovirusla yaradılmış qərargahın tərkibi və əlaqə telefonu.


-    Masallıda koronovirusla bağlı görülən konkret  işlər? 

-    Masallı şəhərində və qəsəbələrində  adla bildirmək şərti ilə hansı küçələr və neçə gündən bir dezinfeksiya olunur?
-    İcra hakimiyyətinin elan olunmuş “Qaynar xətt”də niyə mobil nömrələr yoxdur?
-    Masallı Mərkəzi Xəstəxanasında vəziyyət necədir? Karantində neçə xəstə saxlanılır? Digər hansı hazırlıq işləri görülüb?
-    Masallıda bu sahədə hansı konnüllük işləri aparılır?.
-    Hökumət xətti ilə əhaliyə hansı yardımlar edilib?
-    Bir xeyriyyəçinin 20 min manatlıq  “pəmrəm”yardımı niyə aksiyası mübahisələr doğurdu? Doğrudanmı həmin “pəmpəmlər” istifadə müddəti bitməyə az qalmış məhsullar idi? Bu məhsullar hansı sistemlə paylanıldı? (Yəni, təxminən kimi kasıb saydılar, ona verdilər? Qeydiyyat etdilərmi? Ərazilər üzrə siyahı varmı-hansı əraziyə neçə qutu?)
-    DSMF Masallı rayon şöbəsi bu sahədə konkret hansı işlər görüb?
-    Yaxın günlər  üçün nələr planlaşdırılır?

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10