Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

27 noyabr 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Bu çətin sualı cavablandırmaq asan məsələ deyil. Amma başqa bir məqam var ki, mən onu alqışlayıram. İcra hakimiyyətin rəsmisi həmin işçilərin gözünün içinə deyib ki, burada fırıldaqçılar işləyir. Həmin fırıldaqçılar yuvasını dağıtmaq lazımdır. Orada əyləşən baş təhsil işçiləri də bu təhqiri sükutla qarşılayıblar. Düz də ediblər. Əgər bir inspektorun aylığı 1800-2000 manata düşə, heç insafdır, bir dənə təhqirə görə onu bada verəsən.
-Tamamilə doğrudur. Amma o ayın 3-ü məsələsi qaranlıq qaldı axı. Hələki cəmi 4-5 nəfərə qapını göstəriblər.
- Bu işlərin nəyi qaranlıqdır ki? Dekabrın 3-də həmin ərizələrin bir ayı tamam olur. Ya təzə müdir dediyin yeritməli,yəni ərizəsini aldıqlarının kimlər tərəfindən tapşırılmasına baxmayaraq onları işdən azad etməli, ya da icra hakimiyyəti rəsmisinin dediyi fırıldaqçılar komandasıilə birgə işləməlidir.
- Mənə elə gəlir ki, təzə müdir blatnoy, yeyib-içən oğlandır və daha cəsarətli addım atacaq.
- Bunu nəyə əsasən deyirsən?
-Əvvəlki müdirlər 2-3 ay düzlükdən zaddan danışıb artistlik edirdilər. Bizim təzə təhsil qubernatoru isə elə ilk gündən dədə-baba yolunu seçdi, özü də artıqlaması ilə.
- Məsələn?
- Məsələn qəzet pulunu 6 faizdən 10 faizə, aylıq çaq-çuqu 3 faizdən 5faizə qaldırdı yəni 200 manat alan müəllim bunu 30 manatını təhsil yolunda fəda etməlidir. Müəllimlərin bir aylıq məvacibi 700 mindən artıq olduğunu nəzərə alsaq, bu ayda 100 min manat edir.
-Yaxşı ki, rəqəmləri yuvarlaşdırıb. Yoxsa 6 faiz qəzet pulu, hamı deyirdi 5 faizi başa duşduk bu 1 faiz nədir? Amma 10-15 faiz zor səslənir.
-Bəs deyirlər ki, direktorların atesstasiyası da olacaq.
-Onu bilmirəm. Amma musiqi məktəbinədəki atesstasiya oradakı müsiqi dili ilə desək, lap kökdən salıb. O yazıqlar heç nədən bu atesstasiyadan 5 min manat ziyana düşüblər. Allhın atesstasiyasında gör nə qədər çörək var imiş.
-Əbəs yerə deyil ki, müdriklər söyləyib elim bir xəzinədir.
- Elmi bilmirəm, amma təhsil şöbəsi doğrudan da əsil xəzinədir. Manat quş kimi başını üstündə uçur, dollar balıq kimi sağından-solundan üzür.
-Əvvəllər tez-tez bankamat-bankamat deyirdin, o işlərin axırı nə oldu ki.
- Bu barədə təzə xəbər odur ki, dairə seçki məntəqələrində orada çalışanlara əmək haqqını verib, onlardan 10 manatını saxlayıb, sonra deyirlər ki, gedin plastik kart alın.
-Bəlkə bu xırda-para şeyləri kənara qoyub biz də poyeziyadan, rəssamlıqdan, romantikadan, məhəbbətdən-filandan danışaq.
-Deyəsən, sən də havalanıbsan?
- Bu qədər cındır-cındır məmurların, işverənlərin, daha nələrin-nələrin içində vurnuxmaqdansa, havalanıb özün üçün uçmaq daha abırlıdır.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10