Bu gün Xalq artisti Şəfiqə Məmmədovanın 75 yaşı tamam olur.
Yubiley günündə ölkə Prezidenti aktrisanı 1-ci dərəcəli Əmək ordeni ilə təltif edib.
Şəfiqə Məmmədova Lent.az -a açıqlamasında onun dilindən cənab Prezidentə təşəkkür çatdırmağı xahiş etdi: “Bu ağır dönəmdə, heç bir yubileydən söhbət gedə bilməz. Mənim yubileyimi qabartmayın, xahiş edirəm. Sadəcə, belə bir çətin vaxtda ölkə başçısı mənim əməyimi dəyərləndirməyi unutmadığı, dəyər verdiyi üçün, diqqət göstərdiyi üçün təşəkkür edirəm. Bu, mənim üçün hədsiz böyük bir sevincdir. O cümlədən məni yada salan, təbrik edən hər kəsə minnətdaram”.
Aktrisa koronovirusdan qorunmaq üçün hamıya səbir, təmkin və verilən qərarlara əməl etmək üçün təpər arzuladı.
- “Cəbiiiş, balalarını yetim qoymaq istəyirsən?”
- “Nə öpərdim o tankı ki, sənin üstündən keçəcəkdi. İndi üstündən belədən - belə, belədən - belə keçirdi”
- “Yeyin, mənim şoppana balalarım, sabah da sizə yumurta paraşokundan qayğanaq bişirəcəm”
- “Pencəyimiz yoxdur, çörəyimiz var”.
Ardını gətirmək də olar, Onun “Bizim Cəbiş müəllim” filmindən dillərə düşən sitatlarıdır.
“İstintaq” filmindən də istənilən qədər sitat demək olar aktrisanın obrazının dilindən. Az aktyor, aktrisa var ki, filmdə yaratdığı obrazın dilindən bu qədər sitatlar dillər əzbəri olsun. Aktrisa Şəfiqə Məmmədova belə sənətkardır.
Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına, Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına layiq görülüb.
Yalnız kinoda deyil, teatrda da təkrarolunmaz obrazlar yaradıb. Onun Dram Teatrında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında rejissor Mehdi Məmmədovun səhnələşdirdiyi eyniadlı tamaşada oynadığı Pırpız Sona indi də tamaşaya baxanların yaddaşındadır.
Aktrisa altından imza atdığı hər obrazı həm də yaddaşlara yazıb. “Ad günü” filmində Fəridə, “Bizim Cəbiş müəllim”də Cəbişin arvadı, “Dədə Qorqud”da Burla xatın, “İstintaq”da müstəntiqin arvadı Gülya, “Qaraca Qız”da Pəricahan xanım obrazları bu qəbildəndir.
"İstintaq" filmi onun kino yaradıcılığında sonuncu olub.
Aktrisa Mehdi Məmmədovdan ayrıldıqdan sonra Rafiq Behbudovla ailə qurub, teatrdan və kinodan uzaqlaşıb. Ancaq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb.
Şəfiqə Məmmədova 1 iyun 1974-cü ildə Əməkdar artist, 1 dekabr 1982-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.
Aktrisa 1995-2000-ci illərdə Azərbaycan Milli Məclisinin deputatıkimi fəaliyyət göstərib.
2012-ci ildə yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri olub və hazırda da orda çalışır.
Şəfiqə Məmmədovanın Mehdi Məmmədovla evliliyindən Ülvi adında bir oğlu var.
Sevimli aktrisanı təbrik edirik!