![](/uploads/posts/2020-03/medium/1585507781_100manat.jpg)
Hazırda Nazirlər Kabineti yanında Operativ Mərkəz xüsusi qərar hazırlayır. Bəzi məlumatlara görə, Operativ Qərargahın #evdəqal çağırışına riayət edən vətəndaşlara hökumət tərəfindən maddi dəstək kimi vətəndaşlara minimum əməkhaqqı həcmində (250 manat) məbləğində vəsait ayrılacaq.
Cenub.az xəbər verir ki, hazırda vətəndaşlara veriləcək məbləğ hələ ki, konkret deyil. Ancaq məsələ üzərində iş gedir. Bu 250 manat da ola bilər 150 manat da…
Operativ Qərargah hazırda veriləcək məbləğin hansı təbəqələrə veriləcəyi mexanizmi üzərində işləyirlər. Yaxın bir-iki gündə məsələ ilə bağlı Qərargahın bununla bağlı açıqlaması olacaq.
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, hökumət vətəndaşların sosial müdafiəsi ilə bağlı lazımİı addımlar atacaq.
“Ancaq bunun mexanizmi, veriləcək məbləğlə Nazirlər Kabineti yanında Operativ Mərkəz məşğuldur. Yəqin ki, yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək”- komitə sədri deyib.
ölkə.az