Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyanın 12 ən zəngin gənc milyarderi - SİYAHI


Çinin “Hurun” tədqiqat institutunun mütəxəssisləri sərvətini müstəqil şəkildə əldə etmiş yaşı 40-dan az olan gənc milyarderlərin daxil olduğu “Hurun Global 40 and Under Self-Made Billionaires 2020” reytinqini tərtib ediblər.

Ümumilikdə reytinqdə dünyanın müxtəlif ölkələrindən 53 gənc milyarderin adı çəkilir.

Beləliklə, yaşı 40-dan az olan ən gənc 12 milyarderi təqdim edirik:

10. Co Qebbia, Brayan Çeski və Neytan Bleçarzik



Onuncu yeri Co Qebbia, Brayan Çeski və Neytan Bleçarzik olmaqla eyni zamanda üç milyarder tutur. Onların hər birinin sərvəti 4,7 milyard dollara müvafiqdir.

Hər üçü də ABŞ-da yaşayır və “Airbnb” şirkətinin təsisçiləridir. Co Qebbia, həmçinin şirkətin prodakt-meneceri, Brayan Çeski baş icraçı direktoru, Neytan Bleçarzik isə baş strateqidir.

9. Van Tao



Doqquzuncu pillədə Çin milyarderi Van Tao qərarlaşıb. Onun sərvəti 6,8 milyard dollardır. Van Tao dronların istehsalı ilə məşğul olan DJI şirkətinin təsisçisidir.

8/7. Skott Farkihar və Mayk Kennon-Bruks



Skott Farkihar və Mayk Kennon-Bruks “Atlassia” korporativ proqram firmasının həmtəsisçiləridir. Hər birinin sərvəti 9,6 milyard dollarф müvafiqdir. Onlar Avstraliyada yaşayırlar.

6. Çjan Bansin



10,4 milyard dollarlıq sərvətin sahibi olan çinli milyarder Çjan Bansin reytinqdə altıncı yeri tutur. O, Çində özəl təhsil bazarında liderlərdən biri olan TAL şirkətinin təsisçisidir. Bu yaxınlarda onun şirkəti şagirdlərin özəl məşğələlər aparan müəllimlərlə istənilən zaman ünsiyyət qurmağına kömək edən proqramı işə salıb.

5. Eduardo Saverin



Eduardo Saverini “Facebook”un səhmlərinin 5%-nə malikdir. Braziliya vətəndaşı olmağına baxmayaraq, 2009-cu ildən daimi olaraq Sinqapurda yaşayır və işləyir. 12,2 milyard dollarlıq sərvətin sahibidir.

4. Dastin Moskovits



Dastin Moskovits “Facebook”un təsisçilərindən biridir. Hazırda şirkətin səhmlərinin 7,6%-i ona məxsusdur. Sərvəti 13,4 milyard dollara müvafiqdir.

3. Çjan İmin



Bu çinli milyarder 13,8 milyard dollarlıq sərvətin sahibidir. Çjan İmin “ByteDance” şirkətinin təsisçisi və baş icraçı direktorudur.  

2. Huan Çjen



Haun Çjen online alış-veriş üçün platforma təminatçısı olan “Pinduoduo” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktorudur. Onun sərvəti 18 milyard dollara müvafiqdir.

1. Mark Zukerberq



Artıq beşinci ildir ki, reytinqin lideri “Facebook”un təsisçilərindən biri və rəhbəri Mark Zukerberqdir. O, 77 milyard dollarlıq sərvətə malikdir.(oxu.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10