Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tramp koronavirusa görə ABŞ-ın 2 trilyon dollarlıq yardım paketini təsdiqlədi


ABŞ prezidenti Donald Tramp 27 martda iki trilyon dollardan çox miqdarda iqtisadi stimullaşdırma tədbirləri haqqında qanuna imza atıb.
Cenub.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yaylb.
Daha əvvəl Senat və Nümayəndələr Palatası koronavirusun yayılmasının nəticələrini aradan qaldırmaq üçün iqtisadi paketi təsdiqləyib.
Bunun ABŞ tarixində ən böyük yardım paketi olduğu deyilir.
“Senatın qanun layihəsi ABŞ iqtisadiyyatına inamın bərpasında ilk addımdır <…> Bu, ailələrə, işçilərə və iş adamlarına təcili kömək edəcəkdir. Respublikaçılar və Demokratlar bir araya gələrək Amerikanın maraqları naminə fikir ayrılıqlarını ortaya qoydular” deyib Tramp.
Onun sözlərinə görə, tarixi sənədə qazancı ildə 99 min dollardan az olan vətəndaşlara ödəmələr üçün 300 milyard dollar daxildir.
Sənəddə işsizlik müavinətlərinin ödənilməsi, xəstəxanalara yardım, biznesə və bütün sahələrə dəstək nəzərdə tutulur. Bundan əlavə, ABŞ vətəndaşları təxminən adambaşına 2 min dollar birdəfəlik ödəmə ala biləcəklər. Senatdakı Demokratik azlığın lideri Çak Şumer köməyin Trampın şirkətlərinə, hər hansı digər vəzifəli şəxsə təsir göstərməyəcəyinə işarə edib.
Paketə, həmçinin dövlət orqanlarının koronavirusla mübarizə üçün əlavə 340 milyard dollar maliyyə vəsaiti də daxildir.
Xəstəxanalara və veteranlara tibbi xidmət göstərmək üçün 117 milyard dollardan çox vəsait ayrılacaqdır.
Daha əvvəl ABŞ-ın yoluxmuş COVID-19 sayına görə ilk sırada yer aldığı bildirilib.
Martın 27-də axşam ölkədə infeksiyaya yoluxanların sayı 100 mini keçib, onlardan 1,5 min nəfər ölüb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10