Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

28 fevral 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Qıza, sən də deyilənə inanırsan. Zahir Əmənov adlı bir şair var. Araşdırma aparıb ki, 1 litr şirə almaq üçün 3 kiloqram ən azı 2 manatlıq normal alma lazımdır. İndi belə çıxır ki, 2 manat maya qoyub, şirəni 1 manata satırlar. Belə ki, şirəyə də bir “quş”. Yəni o da yalan.
- Yaxşı, qəbristanlığa nə deyirsən? Mahnı da var e. ”Ölümdən başqa dünyada hamısı yalan”.
- Oranın da zayı çıxdı. 120 seriyalıq bir kino var e - “Xəyanət” serialı. Biri ölür, o biri dirilir. Qəbirstanlığı da döndəriblər oyuncağa. Yəni, bu gün ölü bildiyinin sabah, rəhmətlik Bəşir Səfəroğlu demişkən, qıdığı gəlir. Oduye, pensiya verən idarələrə bir nəzər sal. Gör, nə qədər pensiyaçı öləndən sonra da plastik kartla pul alır. Lap Allahın musiqi məktəbini götür. Sən demə, eyni şagird eyny vaxtda həm bu sinifdə, həm qonşu sinifdə, həm də ümumtəhsil məkətəbində təhsil alırmış. Yaxud da, buradakı uşaqları siniflərə bölsən, gərək o birmərtəbə məktəb beşmər-təbəli ola. Qısası, uşaqların bir çoxu burada yalandan oxuyur. (Yeri gəlmişkən, musiqi məktəbinin rəhbərliyindən üzr istəyirik. Bir neçə nömrə əvvəl yazmışdıq ki, orada uşaqdan 87 qəpik əvəzinə 10 manat təhsil haqqı alınır. Sonradan məlum oldu ki, həmin 10 manatın cəmi 6 manatı müdirə çatır. Bu da müasir “razmerlərə” uyğundur). Eh, dünya, dünya. Əvvəl orada-burada balaca–balaca yalanlar deyərdilər. Sonralar yalan oldu kişi. İndi yalan oldu əjdaha, balina. Adam hərdən aldığı havaya da şübhə edir. Deyirəm ki, bəlkə hava deyil, başqa şeydir.
- Qısası, bu yalan söhbətini qurtar. Rəhmətlik Seyid Sadıq “Yalan–yalan” deyə-deyə nə qədər haray saldısa, elə ən böyük yalançılar onun üzünə hırıldaya–hırıldaya yalanlarını daha da artırdılar.
- Düz deyirsən, nənəli.
- Yaxşı, mən yalansız yer tapa bilmədim. İndu sən o vəd etdiyin sürpriz hədiyyəni verməsən də, heç olmasa, adını de.
- Qıza, nə hədiyyə. O da bir yalan idi. Kimdən əskiyik ki, lazım gəlsə, elə yalanlar deyərik ki, yalançılar özü məəttəl qalar.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10