Çin dövlət statistika orqanı yanvar-fevralda koronavirusun təsiri ilə iqtisadiyyatda gedən prosesləri əks etdirən göstəriciləri açıqlayıb.
İlin ilk iki ayında Çinin sənaye müəssisələrinin gəliri 410,7 milyard yuan(58,7 milyard dollar) təşkil edib ki, bu, illik planda 38,3 faiz azalma deməkdir.
Ümumilikdə dağ-mədən hasilatı sənayesində müəssisələlərin gəliri 21,1 faiz, emal sənayesində 42,7 faiz, elektroenergetika sahəsində 23,2 faiz, kompüter və rabitə vasitələrinin istehsalında 87 faiz, avtomobil istehsalı sənayesində 79,6 faiz, elektrik avadanlıqları istehsalında 68,2 faiz, kimya sənayesində 66,4 faiz, kömür hasilatı və kömürün zənginləşdirilməsi sənayesində 62,3 faiz, qara metallurgiya sənayesində 34,4 faiz azalıb. Neft, kömür, digər yanacaq növlərinin emalı sənayesində isə zərər qeydə alınıb.
İki ayda bir sıra sənaye sahələrində gəlirin artması qeydə alınıb. Bunlar əlvan metallurgiya(28,3 faiz) və neft-qaz hasilatı sənayesidir(23,7 faiz).
Musavat.com