Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Özbəkistanda iki ay internet və mobil rabitə pulsuz olacaq


Özbəkistanda koronavirusla mübarizə tədbirləri çərçivəsində əhalini evdə saxlamaq üçün yeni qərar verilib.
Belə ki, 2 ay müddətində internet və mobil rabitənin pulsuz olması nəzərdə tutulur. Hətta abonentlərin borcu olduğu təqdirdə belə, bu iki xidmətin dayandırılması qadağandır.
Qərar 23 martda qüvvəyə minib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, bu, bütün operator və provayderlərə şamil ediləcək.
Hazırda Özbəkistanda Beeline, Ucell, Perfectum, Uzmobile, UM mobil operatorları, Comnet, Evo, Sarkor Telecom, Turon Telecom, Uzonline və s. internet provayderləri xidmət göstərir.
Bundan əvvəl bəzi operatorlar xidmətlərində güzəştlər təklif etsələr də, yeni qayda artıq bütün mobil və internet provayderlərini əhatə edəcək.(cebhe.info)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10