Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Asan qəbulun Ağcabədi nümunəsi


İndi burada şikayət etmək də, onun həllini qısa müddətdə görmək də çox asan olub.
Ağcabədi rayon İcra Hakimiyyəti vətəndaşlaşların ərizə və şikayətlərini qəbul etməkdə, araşdırmaqda və  icra etməkdə maraqlı bir formaya əl atıb.
Qeyri-rəsmi bu xidməti ASAN QƏBUL –da adlandırmaq olar. Deməli,  bu il martın  16-dan,  həftəsinin ilk günündən başlayaraq həmin ASAN QƏBUL öz işinə start verib. Belə ki, icra hakimiyyətində daha həftənin hər hansı - ikinci, ya beşinci günü yox, hər iş günü səhər 9-00-dan 18-00-dək şikayətçilər qəbul edilir.
Həm də, necə? Elə ən maraqlısı da burasıdır. Belə ki, icra hakimiyyətinin yerləşdiyi 1-ci mərtəbədə geniş bir otaq ayrılıb.
Həmin otaqda hələlik 9 xidmət stolu yerləşdirilib. Hər stolda da kompüter quraşdırılıb. Həmin stollarda hər iş günü icra hakimiyyəti başçısının müvafiq şöbələrinin – hüquq, humanitar, ərazi və idarə etmə, tikinti və memarlıq və sair şöbələrinin əməkdaşları əyləşib.
Divara da geniş ekranlı bir televizor quraşdırılıb. Beləliklə, şikayətçilər səhər 9-a qədər həmin otağın qarşısına toplaşır. Şikayətçiləri qəbul edən əlaqələnidirci onların şikayətlərinə uyğun olaraq həmin şəxsləri müvafiq stollara yönəldir. Yəni, şikayətçi otaqları dolaşmadan eyni məkanda şikayətini edir və müvafiq cavabını alır. Bu işin özəllikərindən bir də  odur ki,  olunan şikayət yerində baxış tələb edirsə, icra hakimiyyətinin növbətçi maşını müvafiq şöbənin əməkdaşı ilə dərhal həmin ünvana gedib, şikayəti yerində araşdırır və həll edir. Eləcə də salondakı manitora quraşdırılmış internet vasitəsi ilə icra başçısı, müavinləri şikayətləri izləyir, lazım olanda şikayətçi ilə dialoqa girir. Hazırda koronovirus tədbirləri ilə bağlı kütləvi toplantılar ləğv edildiyi üçün vətəndaşlar ya yaxınlıqdakı YAP RT-nin qərargahından, ya da öz evlərindən, ofislərindən, maşınlarından həmin ASANQƏBUL-a şikayətlər ünvanlaya bilərlər. Buna görə xüsusu QAYNAR XƏTT, eləcə də müvafiq şöbələrin iş və mobil telefonlarının yazıldığı bildirişlər şəhər mərkəzinin, kəndlərin ən mərkəzi yerlərinə vurulub. Sadəcə bir zəng kifayətdir ki, səni icra hakimiyyəti başçısının müvafiq şöbəsinin bu iş üçün ayrılmış mütəxəssisi ilə çalışdırsınlar. Qısası, indi ağcabədililər hər hansı şikayətlərini, təkliflərini, iradlarını, sorğularını çox opertaiv şəkildə icra hakimiyyətinə yönəldib və qısa müddətdə də cavabını ala bilirlər. Ağcabədi Rayon İcra hakimiyyətinin bu təşəbbüsü Azərbaycan Prezident Administirasiyası tərəfində bəyənilib və digər yerlərdə də yayılması tövsiyyə edilib. Həmçinin ölkənin bəzi telekanalları bu iş metodunu lentə alıb və yaxın vaxtlarda tamaşaçılara təqdim edəcəklər. Bu təşəbbüs, bü iş metodu yerli sakinlər tərəfindən böyük razılıqla qarşılanIb.
Zahir. Cenub.az








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10