Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

30 may 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Deməli, bundan sorşuşurlar ki, təhsil əldən gedir, bu sahədəki problemlərlə necə məşğul olursan? Kim olsa, yalandan basıb-bağlayar. Amma Nömrəddin müəllim səmimi qəlbdən bilirdi ki, təhsillə məşğul olmağa vaxt yoxdur. Həftənin birinci günü qəzet pulu ilə məşğul oluram. 2-cü gün əvvəlki tək “Gündəlik pulu” yığı-rıq. 3-cü gün isə məktəbli formalarının, bəzi proqramların satışı ilə məşğul oluruq. Cümə axşamı dəllalların, işverənlərin son məlumat
larını dinləyir, cümə günləri məktəb direktorlarından rəhbərlik et-dikləri məktəblərdə şagirdlərin sayına uyğun haqq-hesab toplayıriq.
- Bəs şənbə-bazar?
- Bizim Nömrəddin müəllim əvvəldən yeyib-içən oğlan olub. Həmin günləri qrafikə uyğun olaraq (yəni ona qonaqlıq vermək istəyənlərın növbəsinə) müftə qonaqlıqlarda olur.
- Bəs deyirdilər ki, o təhsilimizi Avropa sdandartlarına uyğunlaşdı-racaq?
- Onu bilmirəm, amma orası məlumdur ki, deyib attestat satışı gərək Bakı standartlarına uyğunlaşdıram. Yəni, orada atestatın biri 500-300 manat olsun.
- Yaxşı, bu məsələni qoyaq bir tərəfə. Rayonumuzun kanalizasiya məsələsi var idi ha, onun axırı nə oldu?
- Həmin məsələdən dəqiq xəbərim yoxdur, amma onu bilirəm ki, idarələrin çoxu ele kanalzasiyaya dönüb. Hansı idarəyə ayaq atır-san rüsvayçılıq - alıb aldatma, yalan, firildaq, bərkə düşəndə üzə duranlıq etmə, şantaj, (bir az vicdanını dallarına atanlar hətta çerez haqq-ədalət simvollarının, məhkəmələrin əli ilə şikayətçılərı şərləyirlər).
- İcra hakimiyyətinə girəndə də həmin mənzərələri görürsən?
- Eh, ay bacı, pullu işlər üçün gələnləri çıxmaq şərti ilə ora girmək olur ki. Orada bir rejim yaradıblar ki, gəl görəsən. Heç müharibə vaxtı Reyxstaqa girmək belə çətin olmamışdı. O gun bir məsələ üçün içəri kecmək istədim, bir sifət göstərdilər ki, əsəbimdən özümü verdim yaxınlıqdakı parka. Park, nə park Bircə ağac yoxdur ki, kölgəsində daldalanasan. Canhövlü oradan çıxmaq istəyəndə gördüm ki, bir qadın üşağın əlində tutub deyinə-deyinə gəlir. Səbəbini sorşdum. Dedi ki, gundə bir park tikirlər, amma nə kölgənəcəkləri var, nə də, demək ayıb olmasın, bir ədəbxanları. Yəni, 3 parkdan birində ədəbxana yoxdur. Əvvəllər heç olamasa hündür ağaclar var idi, uşaqlar onun böyür-başında təbii ehtiyacın ödəyirdi, indi isə lap rüsvayçılıqdır.
- Park olmasın yaxında ki, qəşəng binalar olsun, apar onların həyətinə.
- Ay bacı, sən o binaların yola tərəf yaraşığına baxirsan? Zibildən, üfunət iyindən həmin bir tərəfi yaraşıqlı binaların həyətlərinə girməli deyil. Hələ utanmadan o zibilləri yox, rənglədiyi bir-iki binanı iki gündən bir terevizorda gözümüzə soxurlar.
- Elə belə işlərə görə məşhur jurnalist Zamin Hacı televiziyalara telekanalizasiya deyir də.
- Təkcə telrviziyalar telekanalizasiya olsa idi dərd nə idi ki, az qala bütün həyatimiz kanalizasiyaya dönüb.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10