Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

9 və 11-ci sinif şagirdlərinə şad xəbər (EKSPERT)


"DİM-in keçirdiyi builki bütün növ imtahanlarda tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq". 

Cenub.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, 3 martdan etibarən 9-cu və 11-ci sinif şagirdlərinin keçməli olduğu, amma keçə bilmədiyi mövzulardan test tapşırığı salınmayacaq:

"Amma 11-ci sinif şagirdinin 3 martdan sonra keçməli olduğu bir çox mövzuları o, 9-cu sinifdə oxuyanda keçib. Ona görə də, məhz həmin mövzuları 11-ci sinif dərsliklərindən yox, 9 cu sinif dərsliklərindən oxuyub öyrənsinlər. 

Bir daha qeyd etmək istəyirəm ki, bütün fənlər və bölmələr üzrə tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq". 

Ekspert qeyd edib ki, hətta tədris bərpa olunduqdan sonra da bu mövzular keçirilsə belə, onlardan test tapşırığı təqdim olunmayacaq. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10