Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kraliçanın verdiyi tacı taxmaqdan imtina edən şahzadə Diana qoluna niyə iki saat taxırdı? - FOTOLAR


 
"Xalq şahzadəsi" adlandırılan şahzadə Diananın ölümü bir çox insanı yasa boğmuşdu. Diananın şahzadə Çarlzla olan evliliyi haqqında da tarixdə maraqlı faktlar yer alır.
Uels şahzadəsi Çarlzın əvvəllər Diananın böyük bacısı Sara ilə münasibəti olsa da, otuz yaşlarında evlənəcəyinə tam əmin olur. Şahzadə 6 fevral 1981-ci ildə Dianaya evlənməyi təklif edir və o da qəbul edir. Lakin onların nişanı bir neçə həftə gizli saxlanır. Onların nişanı rəsmi olaraq 24 fevral 1981-ci ildə baş tutub. Nişan şahzadə Diananın nişan üzüyününü seçdikdən sonra baş tutmuşdu. Şahzadə Diananın seçdiyi nişan üzüyü onun anasının nişan üzüyünə oxşar olub. 18 karat ağ qızılda 12 karat oval formalı mavi Seylon safiri ilə əhatələnmiş tək brilyantdan ibarət idi. Lakin bu üzük yeganə deyil, üzük sonralar 2010-cu ildə Ketrin, Kembric hersoginyası Midltonun nişan üzüyü də bu formada olub.

Uels şahzadəsi Diananın nişan üzüyü
Diana 1981-ci ildə Böyük Britaniya taxt-tacının varisi şahzadə Çarlzla ailə qurub. Onların toy mərasimi 29 iyul 1981-ci ildə Müqəddəs Paul kilsəsində baş tutub. 750 milyon insan bu mərasimi televiziya vasitəsilə izləyə bilib. Diana nişan üzüyü ilə yanaşı toyunda 9000 avro dəyərində gəlinlik geyməsi ilə də gündəm olmuşdu.

Ancaq təəssüf ki, Diana evliliklərində ümid etdiyi xoşbəxtliyi tapa bilmədi. Hər zaman kral ailəsinin sərt qaydalarına qarşı çıxan Diananın məhəbbəti faciəli qəza ilə başa çatdı. Diana xüsusilə sosial məsuliyyət daşıyan layihələri və xalqa yaxınlığı ilə tanınırdı. İnsanlar Diananı çox sevirdilər. Gənc şahzadənin evlilikdə gözlədiyi şey sevilmək idi. Ancaq bu münasibət biraz qarışıq idi. Diana 1996-cı ildə şahzadə Çarlzla evliliyini bitirdi. Şahzadə Diana sevdiyi insanlara hisslərini bildirməyi sevirdi. Buna görə də hər iki biləyinə fərqli saatlar taxırdı.
Tarihin Romantik Detayları: Prenses Diana Neden Koluna İki Saat Takıyordu?

Bəs bu iki fərqli saatın hekayəsi nədir?

Musavat.com şahzadə Diananın saatları haqqında maraqlı faktları sizlərə təqdim edir.
Şahzadə Çarlz və Diananın nişanlandıqdan qısa müddət sonra çəkilən bu fotosunda Diananın iki fərqli saat taxdığı görülür.
Bu foto Şahzadə Diananın nişanlısını çövkən (polo) oynayarkən seyr etdiyi zaman çəkilib.
Fotodakı qara kəmərli saat onun nişanlısı şahzadə Çarlza aiddir. Diana nişanlısının saatını taxmasını ona şans gətirməsi kimi dəyərləndirirdi.
prenses diana
Onların evliliyi uzun sürməsə də, Diananın bu evliliyində nə qədər bədbəxt olduğunu desələr də, bu jest əslində münasibətlərində, ən azından əvvəlində sevgi və məhəbbətlə dolu olduqlarını göstərir.
Bu kiçik jest həm də orta əsrlər ənənəsini xatırladır. Orta əsrlərdə, nizə döyüşündən əvvəl, qadınlar şans gətirməsi üçün cəngavərlərinin dəbilqəsinin arxasına öz yaylıqlarını bağlayırdılar.

Diana, bitən evlilikdən sonra BBC-yə verdiyi müsahibədə belə demişdi: "Bu evliliyimizdə üç nəfər idik, buna görə də bir az çoxluq oldu".
Diana toy günü kraliça tərəfindən ona verilən tacı taxmaqdan imtina etməsi ilə yaddaşlarda qalıb. O toy günündə ailəsinin ona verdiyi tacı taxmağa qərar vermişdi. Buna səbəb isə ailə ənənələrinə sadiq qalmaq idi. Çünki bacısı da daxil olmaqla ailələrindəki bir çox qadın bu tacla evlənib.
prenses diana
Qeyd edək ki, 31 avqust 1997-ci ildə səhər saatlarında Diana Parisdə Pont de l'Alma tunelində yol qəzasında ölümcül yaralanıb. Qəza onun yol yoldaşı Dodi Fayed və sürücü Henri Paulun ölümünə səbəb olub. Diana tətildən Londona qayıdırdı. Nə Fayed, nə də Diana təhlükəsizlik kəməri taxmamaışdılar. 2 saat ərzində həkimlər ölümcül yaralanmış Diananın həyatını xilas etməyə çalışıblar. Lakin saat 4-də şahzadə Diana dünyasını dəyişib.
Turan Oruc
Musavat.com


Şahzadə Diananın qəzaya uğradığı yer. Paris, Fransa

Şahzadə Diananın dəfn mərasimi





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10