Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İspaniya koronavirusdan ölənlərin sayına görə Çini keçdi


İndiyə qədər İspaniyada 47 min 610 nəfər yeni tip koronavirusa (COVİ-19) yoluxub.
Cenub.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb. İspaniyada son sutka ərzində 7 937 nəfər koronavirusa yoluxub, 738 nəfər ölüb. Ümumilikdə virusa yoluxanlardan 3 434 nəfəri ölüb, 5 367-si sağalıb. Beləliklə, koronavirusdan ölənlərin sayına görə İspaniya Çini geridə qoyub.
Ən çox virusa yoluxma isə İspaniyanın Madrid muxtar bölgəsində qeydə alınıb. Burada 14 597 nəfər koronavirusa yoluxub.
Xatırladaq ki, İspaniyada koronavirusa ilk yoluxma halı yanvarın 31-də qeydə alınıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10