![](/uploads/posts/2020-03/medium/1585202697_1585202620023.png)
Əfqanıstandan Türkiyəyə köçən və burada dərzi sexi açan qardaş və bacılar: Məhəmməd, Dərya və Hədiye Əhmədilər koronavirus pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədilə tibbi maskalar tikməyə başlayıblar.
“Anadolu” agentliyi xəbər verir ki, müsəlman ailə gündə orta hesabla 1000 maska istehsal edir və insanlara pulsuz paylayır.
![](https://moderator.az/fotobaza/orta/277323.jpg)
“9 il əvvəl Əfqanıstandan gəldik və Tokatda yaşamağa başladıq. Bu gün isə koronavirusa qarşı mübarizəyəyə töhfə vermək istədik" - Dərya Əhmədi belə deyib.
Şəhər rəhbərliyi bu çətin dövrdə belə vacib və xeyirxah bir işə görə ailəyə minnətdarlığını bildirib.
moderator.az