Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Almanlar koronavirusu 8 il əvvəl biliblər - Merkel və Bundestaqa ŞOK HESABAT


Dünyanı sarsıdan koronavirus bəlası haqqında müxtəlif sensasiyalı məlumatlar yayılmaqda davam edir. Virusun bioloji silah olaraq bəzi mərkəzlər tərəfindən hazırlandığı və yayıldığı barədə təkcə şayiələr yayılmır, həm də dünyanın ciddi media orqanlarında bu barədə araşdırma yazılar dərc edilir.



Türkiyənin "Sözçü" qəzeti Almaniya mənbələrindən əldə etdiyi hesabatı yayıb. Yazıda iddia edildiyinə görə, təhlükəli bir virusun ortaya çıxacağı və dünyanı, o cümlədən Almaniyanı təhdid edəcəyi barədə hələ 8 il əvvəl bu ölkədə elmi mərkəzlərdən biri tərəfindən gizli raport hazırlanıb və tədbir görülməsi üçün kansler Angela Merkellə yanaşı, Bundestaqa da təqdim edilib.


8 il əvvəl yaranacağını iddia etdilər



2012-ci ildə Robert Koch İnstitutu tərəfindən hazırlandığı iddia edilən hesabatda COVİD-19 virusunun bütün simptomları, hətta haradan və necə yayılacağı, pandemiya halı alacağı, ona qarşı görülən tədbirlərin miqyası barədə dəqiqliyi ilə yazılıb.


Hesabatda mutasiyaya uğramış yeni SARS-Koronavirusun Asiya ölkələrinin birindəki heyvan bazarından çıxacağı və bütün dünyanı əhatə edəcəyi dəqiqliyi ilə qeyd edilib. Vurğulanıb ki, üç dəfə mutasiyaya uğrayacaq pandemiya 3 il müddətində müxtəlif formalarda davam edəcək və Alman hökuməti buna hazırlıqlı olmalıdır.


10.12.2012-ci ildə və 17/12051 saylı “Risk analizi və xalqı qoruma” başlıqlı hesabatda yeni SARS CoV virusunun pandemiya olacağı və minlərlə insanın həyatına son qoyacağı bildirilir.


Hesabat Robert Koch İnstitutunun rəhbərliyi ilə Almaniyanın bir sıra dövlət qurumlarının iştirakı ilə hazırlanıb.


İddialara görə Alman hökuməti hazırlıqlarını bu hesabata görə əvvəlcədən təşkil edib və Merkelin məhz bu gün açıqladığı önləmlər də ona uyğundur. Almaniyada xəstə sayının çox olmasına rəğmən həyatını itirənlərin az olması da bununla izah edilir.



Hesabatda virusun təzahürləri olduğu kimi təsvir edilib



Onlardan bəzilərini diqqətinizə çatdırırıq:


- SARS CoV-un mutasiyaya uğramış halı olaraq meydana gələcək və insanların immunitetini tez çökdürəcək və ondan fərqli olaraq sürətlə yayılacaq;

- Bu yeni bir növ olacaq və SARS Koronavirus, H5N1-dən daha ağır nəticələri olacaq;

- Adı hələlik məlum olmayan virus yüksək faizdə ölümlərə səbəb olacaq;

- Bir insandan digərinə bulaşması 5 gün çəkəcək;

- Virusa bulaşan şəxsdə simptomlar 2-14 gün arasında ortaya çıxacaq;



Çindən dünyaya yayılcağını bildiriblər, əlamətlərini dəqiqliyi ilə göstəriblər



Ən ilginc olan məlumatlardan biri də hesabatda virusun Almaniyaya, eləcə də dünyaya məhz Çindən və ya ölkəyə gələn çinlilərdən keçəcəyinin bildirilməsidir.


8 il öncə virusun əlamətləri - yüksək temperatur, quru öskürək, nəfəs tutulmaları və sair olacağı da hesabatda dəqiqliyi ilə ifadə edilib. Yaşlılar arasında ölüm hallarının daha çox olacağı vurğulanıb.


Almanlar virusun yayıldığı dönəmdə vaksininin olmayacağını, onun qarşısını alan dərmanın yalnız 3 il sonra tapılacağını da yazıblar.


Xəsətəliyin daha çox təmasdan yayılacağını, insanların təmizlik məsələlərinə diqqətli yanaşmalı olduğunu xüsusi vurğulayıblar.



3 il ərzində davam edəcək



Ən təhlükəli proqnozlardan biri də virusun 3 il ərzində yayılacağı ilə bağlıdır. Qeyd edilir ki, virus iki dəfə mutasiyaya uğrayacaq və mərhələli şəkildə üç dalğa olaraq yayılacaq.


Hesabatda virusa görə alınacaq önləmlərin də siyahısı qeyd edilib. Məktəblərin bağlanacağını, dövlətlərin karantin tətbiq edəcəyini, insanların kütləvilikdən uzaqlaşdırılacağını, xəstələrin xüsusi xəstəxanalarda müalicə ediləcyini də ayrıca bildiriblər.


Hesabatda Alman hökumətinə ciddi xəbərdarlıq edilərək bildirilib ki, əgər vaxtında tədbirlər görülməzsə, təkcə Almaniyada 7,5 milyon nəfər virusdan həyatını itirə bilər. İlkin mərhələdə xalqın yüzdə səkkizinin bundan təsirlənəcəyi də vurğulanıb.


Qeyd edək ki, son statistikaya görə Almaniyada kronavirusa yoluxanların sayı 24 mindən çoxdur, 100-ə yaxın insan isə bu səbəbdən həyatını itirib


/moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10