Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yas mərasimləri ilə bağlı yeni qayda



Yas mərasimləri 1 gün keçirilməli və bu zaman çay, yemək verilməməlidir 
 
Naxçıvan Muxtar Respublikasında yas mərasimlərinin keçirilmə günü azaldılıb. Cenub.az ayna.az-a istinadən xəbər verir ki, bu barədə martın 24-də dünyada pandemiya elan olunan virusun Muxtar Respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və icra hakimiyyətləri yas mərasimlərinin keçirilməsi ilə bağlı qaydaları diqqətdə saxlamalı, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimləri 1 gün keçirilməli və bu zaman çay, yemək verilməməli, əhali yeni qaydalar barədə məlumatlandırılmalıdır. 
 
Həmçinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində də çay verilməsi dayandırılmalı, bütün ibadət və ziyarət yerləri dezinfeksiya olunmalı, cümə namazlarının evdə qılınması sakinlərə tövsiyə edilməlidir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10