Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran. Doğrudanmı polis işçisi 14 yaşlı qızla?..Yaxud, rəsmilər niyə mövqelərini bildirməkdən çəkinir?



Lənkəran rayonundan redaksiyaya olduqca ilginc məlumat daxil olub. “Daxil olub” deyəndə, şikayətçi ana özünün azyaşlı qızı ilə redaksiyaya gələrək çox ciddi olaylar barədə danışıb. Onun danışdıqları özünün razılığı ilə videoya alınıb, yazılı şəkildə ərizəsi alınıb.
Həmçinin şikayətçi qadın qızının həmin polis işçisi ilə şəkillərini, yazışmalarını redaksiyaya təqdim edib. Bildirib ki, polis işçisi Azərbaycan kişisinə xas olmayan əməllərə yol verərək qızın həyatını alt-üst edib. Qadın təkidlə bu olayın ictimailəşdirilməsini, onun qızının həyatını alt-üst edən şəxsin bu əməlinə görə cəzalandırılmasını istəyir. Eləcə də təklif edir ki, həmin polis işçisi ilə hər an üzləşməyə, efirə çıxamağa hazırdır.
Biz, ananın və qızının iştirakı ilə şikayətlərini videoya aldıq.
Olay olduqca ciddi olduğuna görə qarşı tərəfin fikrini öyrənməyə çalışdıq. Olayda adı halanan polis işçisinin telefonlarına zəng çatmadığı (deyirlər telefon nömrəsini tez-tez dəyişir) üçün biz Lənkəran Şəhər Polis Şöbəsinin müavini İltifat müəllimə zəng vurduq. Özümüzü təqdim edib, məramımızı bildirəndən sonra İltifat müəllim “Belə bir olaydan xəbərim yoxdur” dedi. Qızın anası isə İltifat müəllimin, eləcə də digər müavinlərin və şöbənin rəisinin də qəbulda olduğunu söylədi. Rəis müavini İltifat müəllim həm də bizə məsləhət gördü ki, DİN-in regional Mətbuat Xidməti ilə əlaqə saxlayaq. Biz də həmin xidmətin rəhbəri Məhəmməd müəllimə zəng vurduq. Bizimlə çox səmimi söhbət edən müəllim bildirdi ki, qısa müddətdə olayı aydınlaşdırıb, bizə məlumat verəcək. Lakin, aradan 2 gün kecsədə, nəinki məlumat verdi, heç telefonuna zəng çatmadı.
Biz həmin polis işçisinin yaxınları ilə əlaqə saxladıq. Adını açıqlamaq istəməyən həmin şəxs bildirdi ki, olayda adı hallanan polis işçisi çox yaxşı insandır, namaz qılır, belə əməl etməz, sadəcə onu şərləyirlər.
Qadın isə şikayətində israrlıdır. Vəkil tutub, işi məhkəməyə daşımaq istəyir, aidiyyatı təşkilatlara şikayətlər ünvanlayır.
Biz isə qarşı tərəfdən rəy ala bilmirik. Lakin, olanlara səbrlə yanaşıb, hələlik ilkin anonsu veririk ki, qarşı tərəf öz mövqeyini bildirsin. Bilək ki, kim haqlıdır.
Yaxn vaxtlarda rəsmi cavab almasaq ki, şikayətçi qadınla videoya aldığımız görüntüləri, polis işçisi ilə azyaşlıq qızın restorandakı görüntülərini və digər detallara aid məlumatları detalları ilə izləyicilərə təqdim edəcəyik.
Bizə təəccüblü gələn isə odur ki, qarşı tərəf haqlıdırsa, niyə öz mövqeyini bildirmir? DİN-in regional Mətbuat Xidmətinin olaya biganə münasibəti də çox qəribə görünür.
Zahir ƏMƏNOV. Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10