Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? – DİN-dən AÇIQLAMA


Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən bu gündən ölkədə xüsusi karantin rejimi tətbiq edilib.

Bu rejim çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib. Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Daxil İşlər Nazirliyinə həvalə olunub. Buna baxmayaraq, hazırda karantin qaydalarını pozaraq, küçələrə çıxan ahıl yaşlı insanlar müşahidə edilir. Belə məqamda sağlamlıqlarını təhlükə altına alaraq, karantin rejiminin tələblərini pozan ahıllarımızı nə gözləyir?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hər kəs sağlamlıq naminə qoyulan qadağalara riayət etməlidir:

"Ola bilər ki, hansısa vətəndaşlar bilməyərəkdən küçələrə çıxır və gəzir. Onlar anlamalıdırlar ki, görülən tədbirlər vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunması məqsədilə edilir. Yaşlı, gənc demədən hər birimiz bütün tədbirlərə ciddi riayət etməliyik. Sevindirici haldır ki, böyük əksəriyyət qadağalara əməl edir, atılan addımları anlayışla qarşılayır".

O ki qaldı, qadağaları pozan 65 yaşdan yuxarı şəxslərlə bağlı tədbirlərə, DİN rəsmisi deyib ki, ilk növbədə onlarla maarifləndirici və izahedici danışıqlar aparılacaq:

"Karantin rejiminin tələblərini pozaraq küçələrə çıxan ahıllara xəbərdarlıq edilərək evlərinə yola salınacaqlar".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10