Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyədən gətirilən 248 azərbaycanlı Lənkəran və Masallıda karantinə yerləşdirilib – Baş Konsulluqdan AÇIQLAMA


Bu gün Türkiyədə olan 248 nəfər Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Hava Yolları tərəfindən İstanbul-Lənkəran uçuş istiqaməti üzrə ölkəyə gətirilib.

 Cenub.az bildirir ki, bu barədə Azərbaycanın Türkiyədə olan Baş Konsulluğunun yaydığı məlumatda deyilir.

 “Eyni zamanda əksəriyyəti tələbələr olan 163 nəfər Azərbaycan vətəndaşı xüsusi ayrılmış avtobuslarla İstanbuldan Naxçıvana və ordadan da Azərbaycan Hava Yolları tərəfindən Naxçıvan-Lənkəran uçuş istiqaməti üzrə bu gün ölkəyə gətiriləcəklər. Türkiyədən qayıdan bütün şəxslər müayinədən keçiriləcək və Lənkəran və Masallıda yerləşən xüsusi məntəqələrdə 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər”-deyə açıqlamada vurğulanıb.

Qeyd edilib ki, bütün vətəndaşlardan karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur. Xaricdən qayıdan bütün Azərbaycan vətəndaşları 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər.

“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş və dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçib.

İnsanların səfərlər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu və indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünü karantin olduğunu nəzərə alaraq, ölkə daxilində və ölkə xaricində olan vətəndaşlara səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur."





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10