![](/uploads/posts/2020-03/medium/1584787332_1c0db92e-c597-4d32-860e-29a53c51fd1a.jpeg)
Türkiyə koronavirusa qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar 2 milyon insana 1000 lirə nağd təzminat ödəyəcək.
Cenub.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ailə, Çalışma və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq açıqlama verib.
O bildirib ki, təzminat martın sonuna kimi vətəndaşlara ödəniləcək: “Bunun üçün vətəndaşların harasa müraciət etməsinə ehtiyac yoxdur. Ehtiyac sahibi insanlar bu paketdən yararlanacaq”.