Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vilayət Eyvazov Salyana yeni rəis təyin etdi



Daxili işlər orqanlarında yeni təyinat olub. 

Cenub.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini, polis polkovniki Nəzər Əsgərov Salyan Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Salyan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Cəbrayıl Vəliyev bir neçə gün əvvəl işdən çıxarılıb. O, Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10