![](/uploads/posts/2020-03/medium/1584775683_resize.jpeg)
Könüllülər Britaniyanın “hVIVO” qrupunun proqramına yazılıblar.
Bildirilir ki, yeni tip koronavirusun müalicəsi üçün hələ ki, zəmanətli dərmanlar tapılmadığı üçün könüllülər SARS-CoV-2 virusuna deyil, həmin ailədən oxşar virusa yoluxdurulacaqlar.
Yoluxmadan sonra onlar iki həftə karantində qalacaqlar. Təcrübədə iştirak edən hər kəsə 3500 Britaniya funtu (təxminən 7800 AZN) ödəniləcək./Oxu.az