Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirus son saatlarda ən çox bu ölkədə yayılıb



Dünyada yeni koronavirus (COVİD-19) infeksiyasının yayılması bəzi ölkələrdə yavaşlayıb.

Cenub.az musavat.com-a istinadən xəbər verir ki, son rəqəmlərə görə ötən 24 saat ərzində Çində bu virusa cəmi 39  yeni yoluxan, 3 yeni ölüm faktı qeydə alınıb.

Çinin mütəxəssisləri bildirirlər ki, onlar yaxın zamanlarda koronavirus üzərində tam qələbəni elan etməyə hazırlaşırlar.

Çindən sonra təhlükəli virusun daha geniş yayıldığı İtaliyada isə ötən gün yoluxma halı qeydə alınmayıb. Eyni zamanda bu saata olan rəqəmlərə görə ölüm faktı da yoxdur. Həmçinin İtaliya kimi İran, İspaniya, Almaniyada da son 24 saat üçün ölüm və yoluxma qeyd edilməyib.

Amerikada isə son saatlarda 577 nəfər yeni yoluxma, 10 nəfər isə ölüm faktı qeydə alınıb. İndiyə qədər Amerikada bu virusa 14 min 366 nəfər yoluxub, onlardan 217 nəfəri isə bu virusun qurbanı olub.

Hazırda dünya üzrə koronavirusdan ölənlərin sayı 10 mini keçib. Belə ki, artıq 10 min 48 nəfər bu virusun qurbanı olub.

Son rəqəmlərə görə, yoluxanların sayı 246 min 20, sağalanların sayı isə 88 min 483 nəfərdir.

Hazırda 147 min 488 xəstə müalicə alır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10