Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda tibb işçilərinə növbəti müjdə



Tibb sahəsində çalışan işçilər mükafatlandırılacaq və onlara maddi yardım göstəriləcək

 

Azərbaycanda tibb müəssisələrinin infrastrukturu təkmilləşdiriləcək və maddi-texniki bazası gücləndiriləcək.

 

Cenub.az ayna.az-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında əks olunub.

 

Bildirilib ki, o cümlədən texnoloji qurğular, cihazlar, avadanlıqlar, nəqliyyat vasitələri, mal və materiallar, habelə digər tibbi ləvazimat alınacaq.

 

Həmçinin tibb sahəsində çalışan işçilər mükafatlandırılacaq və onlara maddi yardım göstəriləcək.

 

Qeyd edək ki, Prezident İlham Əliyev də yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.

 

Nazirlər Kabinetinə bu sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10