![](/uploads/posts/2020-03/medium/1584635417_53d336a5-fbb9-4cf3-8d92-e9fb6c8a184a.png)
Saxta içkilərdən 427 adam zəhərkənərək xəstəxanalara müraciət edib
İranda saxta içkilərdən həyatını itirənlərin sayı 180 nəfərə çatıb.
Cenub.az ayna.az-a istinadən xəbər verir ki, bu barədə Fars Dövlət Təcili Yardım Mərkəzinin rəhbəri Məhəmməd Cavad Muradiyan açıqlama verib.
O bildirib ki, martın 6-dan bu yana saxta içkilərdən 427 adam zəhərkənərək xəstəxanalara müraciət edib və son günlərdə onlardan 65-i dünyasını dəyişib: “Təəssüf ki, sosial mediada alkoqolun koronavirusa təsir edə biləcəyi barədə şayiələr ölüm hallarına səbəb olub”.
Digər tərəfdən, son bir neçə gündə Fars əyalətinin kəşfiyyat bölmələrinin keçirdiyi əməliyyatlar nəticəsində 50 min litr spirtin ələ keçirildiyi və çox sayda istehsalçının həbs olunduğu qeyd edilib.
Qeyd edək ki, İranda daha 149 nəfər koronavirusun qurbanı olub. Bununla da infeksiyadan ölənlərin sayı 1300-ə çatıb. İran Səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə koronavirusdan ölənlərin sayının 1 284 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 1 046 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 18 407 nəfərə yüksəlib.