Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Daha bir maskanı yırtıq||--||



 Başqa cür faydalananlar da var. Belə ki, dağlıq Lerik rayonunda qəzetimizin pulsuz paylanmasında bəzi problemlər yaranıb. Belə ki, bu işi könüllü olaraq boynuna götürən Cəngəmiran kəndinin bələdiyyə sədri Güləddin bəy (o həm də Lerikin sonuncu müxalifətçisi hesab edilir) qəzetimizi paylaşdırmaq üçün qoyduğumuz yerdən, sən demə, heç onları götürmürmüş. Onun bələdiyyə sədrliyinə bir az təhlükə yaranana kimi bizə zəng edib Qəzetdə mənə bir səhifə yer saxlayın, buradakı iqtidar nümayəndələrinin bəd əməllərindən sizə xeyli yazı verəcəyəm- deyən qəhrəman, sədr seçiləndən sonra qəzetləri paylamağa belə qorxdu. Biz artıq bu problemi daha yaxşı formada həll etmişik. İndi qəzetimiz Lerikdə 3 istiqamət üzrə daha çox paylanır. Amma Güləddin bəyə isə bir məqamı xatırladırıq - o yurdda Pristav İbadulla bəy kimi kişilər olub. Hansı ki, cibinə rüşvət qoyulduğu üçün həmin cibini kəsib. Sovet hökuməti Lənkərana qədər gəlsə də, oradakı igid oğlanların qorxusundan xeyli müddət Lerikə qalxa bilməyib. Belə yurdun övladları özlərini bu qədər ucuz tutmamalıdır.

Söhbət ki, qəzetdən düşüb, bir məqama da toxunaq. Qəzetimizin internet saytı yaranandan paytaxtda və digər ölkələrdə oxucularımız çoxalsa da, qəzetimizdə çap olunmuş materialların digər qəzetlərdə çap olunması halları da artıb. Qaynar.info saytı, Azadlıq qəzeti bu yazıları qəzetimizə istinadla çap etsə də, bəzi qəzetlər mədəni oğurluq edərək, bəzən yazının başlığını dəyişib, imzanı saxlamaqla materialı öz məhsulları kimi çap edirlər. Hələlik əlimizə keçən qəzetlərdə Yeni dövr qəzeti Rabitəçilər Cəlilabadda reketçilik edir yazımızı olduğu kimi çap edərək qəzetə istinad etməyiblər. Daha sonra Millətin səsi qəzeti Məktəb direktoru yazımızı yenə qəzetə istinad etmədən çap edib. Ötən həftə isə Vətəndaş həmrəyliyi qəzeti 3 il və 30 il söhbəti yazımızı Masallı hərraca qoyulub başlığı ilə, təbii ki, qəzetə istinad etmədən redaksiyaya bölgədən daxil olan material kimi təqdim edib. Biz həmkarlarımıza xəbərdarlıq etməyi vacib bilirik ki, qəzetimizdə, eləcə də saytımızda gedən yazıları çap edərkən onu haradan götürdüyünüzü istinad edin. Bizə, əyalət qəzetinə köməyinizi istəmirik, heç olmasa yazılarımızı çırpışdırmayın. Elə etməyin ki, biz bu məsələni ölkə mətbuatında ictimailəşdirək.

Qəzetlə bağlı digər məlumat isə ondan ibarətdir ki, Ayan adlı qəzetin müxbirləri Masallıda məktəb-məktəb gəzib, yeni təyin edilən bəzi direktorlardan 50 manat alıb onları tərifləyəcəklərini vəd edir. Xatırladaq ki, bir neçə ay öncə bu qəzetin bir əməkdaşını məhz belə əməllərinə görə ölümcül döyüb Bakıda zibil yeşiyinə atmışdılar. İndi görün hansı səviyyəli direktorlarımız var ki, belə ucuz qəzetlərdən tərif umur. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10