Koronavirusun adı gələndə ardınca ölüm xəbəri verilirdi. Bu dəfə əksinə olub.
Cenub.az moderator.az-a istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında məhkəmə, yeni koronavirusun yayılması səbəbiylə 2011-ci ildə hamilə arvadı, beş yaşlı qızı və qayınatasının qətlində ittiham olunan məhkum Con Uilyam Hammelin edamını təxirə salıb.
Məhkumun vəkili Apellyasiya Məhkəməsinə müraciət edərək, çərşənbə gününə təyin edilmiş edamın COVID-19 yayılması və fövqəladə vəziyyət səbəbiylə təxirə salınmasını istəyib. Xüsusilə, qohumlar, jurnalistlər və rəsmilər də daxil olmaqla çox sayda insanın olmasının məhbuslar arasında COVID-19- un yayılma riskinin artacağı bildirilib.
Dünən Texas Apellyasiya Məhkəməsi vəsatəti təmin etmək və "hazırkı sağlamlıq böhranı və edam etmək üçün çoxlu miqdarda vəsait tələb etdiyinə görə" Hammelin edamını təxirə salmaq qərarına gəlib.
Nəşrin məlumatına görə, edam 60 günə təxirə salınıb, bundan sonra yeni bir tarixə təyin edilə bilər.