Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Hər birimiz dövlətimizin yanında olmalıyıq” – “Hər şeydən öncə təhlükəsizliyimiz naminə!”


Emin Həsənli: “Mövcud narahatverici situasiyadan siyasi məqsədlərlə istifadə cəhdi yanlış və ikrahedicidir”



Koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkəmizdə ciddi qabaqlayıcı tədbirlərin görüldüyü hər kəsə məumdur.

 

Cenub.az xəbər verir ki, moderator.az-a açıqlama verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bu yöndə atılan addımların önəmini vurğulamaqla yanaşı, vətəndaş olaraq hər kəsin üzərinə düşən məsuliyyətə də diqqət çəkib:

 

“Bildiyiniz kimi, koronavirusa qarşı bütün dünyada ciddi mübarizə gedir. Bu təhlükəyə qarşı ilk mübarizə aparan dövlətlərdən biri dəAzərbaycandır. Nazirlər Kabineti yanında bununla bağlı qərargah yaradılıb. Bir sıra tədbirlər təxirə salınıb, çoxsaylı qabaqlayıcı addımlar atılıb, xaricdəki soydaşlarımızın ölkəmizə gətirilməsi istiqamətində işlər görülüb və s. Dünyanın bir çox ölkələrinə səyahətlər dayandırılıb. Bakıya giriş yasaqlanıb. Qəbullar və bir sıra görüşlər elektron formada aparılır. Bütün bunlarda məqsəd isə vətəndaşları qorumaqdır. 

 

Onu da qeyd etmək lazımdır ki, elə məsələlər var ki, orada iqtidar və ya müxaliflətlik eləmək olmaz. Bunlardan biri də koronavirus təhlükəsidir. Müharibə, daşqın, zəlzələ və s. fövqəladə hallar, eləcə də indiki durum xalqın, millətin,  vətəndaşların birliyini tələb edir. Bu gün yalnız dövlətimizin ətrafında sıx biləşməklə bu təhlükələrdən qoruna bilərik. Təəssüflər olsun ki, bəzi şəxslər bu məsələlərə qrup və partiya mənafeyi baxımından yanaşırlar. Sosial şəbəkələrə baxanda aydın olur ki, həm xaricdə, həm də daxildə yaşayan soydaşlarımız arasında bu məsələlərdən siyasi məqsədlə, hakimiyyətə qarşı istifadəyə cəhd edən insanlar var. Bu, yolverilməzdir. Bu, həmin insanların özünü haqlı olaraq qınaq obyektinə çevirir və çevirəcək. Biz bu məsələlərdə milli həmrəylik nümayiş etdirməliyik. Hər bir vətəndaş dövlətin yanında olmalıdır. Son baş verən proseslər dövlətin, dövlətçiliyin önəmini bir kəs daha ortaya qoydu. 

Biz ünsiyyətdə olduğumuz hər bir insanı qorumağa çalımalıyıq. Çalışmalıyıq ki, kiminsə səhhətində problem varsa, bu barədə dərhal aidiyyatı qurumlara məlumat verək. Dövlətin rəsmi məlumatlarını şübhə altına almayaq və s. 

 

Dövlətimiz tərəfindən atılan bütün addımları alqışlayırıq. Ölkə daxilindəki məhdudlaşdırıcı addımların hamısı vətəndaşlarımızın sağlamlığının qorunmasına hesabanıb. Insanlarımız da bu addımları yüksək qiymətləndirməkdədir. Biz də çalışmalıyıq ki, görülən işlərə hər kəs öz gücü daxilində dəstək olsun.  

 

Bu arada, Heydər Əliyev Fondunun əməyini, ortaya qoyduğu fədakarlığı da qeyd etməliyik. Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən tibbi ləvazimatlar gətirilib və lvazimatlar müvafiq tibb müəssisələrinə verilib.

 

Həkimlərimizə, tibbi personalımıza və dövlətimiz təşəkkür edirik. Onlar bu bayram günlərində gecə-gündüz demədən çalışırlar və onların əməyi vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Hər birimiz gərgin əməyinə, mübarizliyinə, əzmkarlığına görə onlara minnətdarıq”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10