Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məşhur filmlərdən seçilmiş sitatlar



Məşhur filmlərdən seçilmiş sitatları təqdim edirik.

Bəzən əlvida deməyin vaxtı gəlib çatır. Əzab verməyinə baxmayaraq, bunu sınamağı öyrənməlisən. “P.S. I Love You”

- Kimi seçirəmsə seçim, biri yenə xoşbəxt olmayacaq...

- Başqalarının nə istədiyini boş ver. Sən nə istəyirsən? “The Notebook”

Image result for “The Notebook” film

Ümidini tamamilə itirmək azadlıqdır. “Fight Club”

Related image

Düzgün qərarlar təcrübədən irəli gəlir, amma təcrübə səhv qərarlardan yaranır. “The Mechanic”

Qoy rinqə çıxım. Heç olmasa mənə kimin vurduğunu bilərəm... “Cinderella Man”

Yaxşı, yaxud pis yoxdur. Sadəcə güc və onu əldə edə bilməyən zəiflər var. “Harry Potter and the Sorcerer’s Stone”

Bəlkə də çox gözəl zəkaya sahib olmaq xoş şeydir, amma daha böyük hədiyyə gözəl qəlbi kəşf etməkdir. “A Beautiful Mind”

Siyasətçilər həqiqətləri gizlətmək, sənətçilər isə həqiqəti göstərmək üçün yalan danışarlar. “V For Vendetta”

Image result for V For Vendetta film

Həyat – heç vaxt səhnələşdirilə bilməyəcək bir pyesin sonsuz təkrarından ibarətdir. “Amelie”

Image result for “Amelie” film

- O fahişə üçün ölməyə dəyərmi?

- Ölməyə dəyər, öldürməyə dəyər, onun uğrunda cəhənnəmə getməyə dəyər. “Sin City”

Həyat bizi yerə yıxa bilər, amma ayağa durub-durmamaq bizim özümüzdən asılıdır. “The Karate Kid”

Image result for “The Karate Kid” film

Hamımız bir kişinin axmaqcasına davranışlarına baxanda bizdən xoşlandığına inanmağa proqramlaşdırılmışıq. “He’s Just Not That Into You”

Image result for “He’s Just Not That Into You” film

Mümkünsüzə çatmağın tək yolu, onun mümkün olduğuna inanmaqdır. “Alice In Wonderland”

Image result for “Alice In Wonderland” film

Makyaja aldanma. Yollar da gözəldir, amma altından kanalizasiya keçir. “Scarface”

Image result for Scarface film

Həyat aldığınız nəfəslərin cəmi deyil, nəfəsinizi kəsən anların cəmidir. “Hitch”

Image result for “Hitch” film

Bu həyat sənə qarşılıqsız verilmiş hədiyyədir. Vaxtı gələndə yenə qarşılıqsız şəkildə geri verməlisən. “Biutiful”

Image result for “Biutiful” film

Onu ağlından atdın. Bəs ürəyindən? “Sunshine of the Spotless Mind”

Gülsən bütün dünya sənin birlikdə gülər. Ağlasan tək ağlayarsan. “Oldboy”

Ya yaşamaqla məşğul olacaqsan, ya da ölməklə. “The Shawshank Redemption”

Mənə məsum olduğunu demə, çünki bu mənim zəkama təhqirdir. “GodFather”

Related image

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10