Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Onun FETO ilə əlaqələndirilməsi iddiası Türkiyə MİT-i üçün ayıb və utanc bir hərəkətdir"



İndi yazacağım qeydlər çoxlarına qəribə və bir qədər təəccüblü də görünə bilər. Amma, hesab edirəm ki, bu məsələdə hər kəs kişiyanə öz sözünü deməli və yazmalıdır.

Mən hörmətli Mübariz Mənsimovla həyatda heç vaxt təmasda olmamışam və baxmayaraq ki, bir neçə tərəfdən qohumuq. Qız alıb, qız vermişik, və bu gün onun Türkiyədə HƏBS YOX, sadəcə bəzi məsələləri araşdırmaq üçün müvəqqəti saxlandığını eşitdiyimdən, bir qədər gözlədim və indiki saatlarda bu qeydləri yazmağa qərar verdim.

Bəri başdan deyirəm ki, heç kim Mübariz Mənsimovu həbs etməyəcək. Ən azından mən belə proqnozlaşdırıram. Baxmayaraq ki, onun həbsini cani könüldən arzulayan xeyli adamlar həm Türkiyədə də var, həmçinin də Azərbaycanda. ALINMAYACAQ. Yaxın saatlarda Mübariz bəyi dəlil-sübut olmadığına görə azad edəcəklər. Mübariz Mənsimov sıradan adi oğul deyil. Onun indi hansısa FETO təşkilatı ilə əlaqələndirilməsi iddiası isə sadəcə Türkiyə MİT-i üçün ayıb və utanc bir hərəkətdir. Dünyada ad-sanı olan bir Milli İstibarət Təşkilatı belə çıxır ki, bivec və bərbad durumdaymış ki, bu neçə illərdir FETO təşkilatı ilə ciddi mübarizə aparılır, bunlar isə Türkiyədə böyük nüfuza və hörmətə layiq bir şəxsi, özü də ciddi bir şirkətin rəhbərini tanımayıblar və ya belə qeyri-ciddi olublar. Burada səbəb tamam başqadır. Detallara varmayacağam. İnşallah yaxın vaxtlarda Mübariz bəy özü bu məsələlərə aydınlıq gətirəcək.

Mən Mübariz bəyi ona görə müdafiə edirəm ki, o çox insanlara arxa-dayaq olub. Mən Mübariz bəyi ona görə müdafiə edir və ona inanıram ki, o xeyli sayda Qarbağ qazisinə maddi və mənəvi dəstək olub. Mən Mübariz bəyi sona qədər ona görə müdafiə edəcəyəm ki, o MƏRD və QORXMAZ bir Azərbaycan KİŞİSİ və OĞLUDUR.Yaltaqlığı və məddahlığı bacarmayan OĞULDUR!! İnanıram ki, bu işə əl qoyan adamlar, KİMLİYİNDƏN asılı olmayaraq, peşman olacaqlar. Kimliyindən asılı olmayaraq.

Bizlərə isə, Mübariz bəyə, ailəsinə, doğma və əzizlərinə möhkəm olmaq və sona qədər öz haqqını müdafiə etmək arzulamaq qalır. Allah tezliklə hamını sevindirəcək. Türkiyə və Azərbaycan tərəfinin bu çox utanc və ayıb işdə əməli və əməyi olan şəxslərinə də demək istəyirəm ki, çox uğursuz, yersiz və biabırçı bir qərardır. Tez bir zamanda bunun aradan qaldırılması gərəkdir.

Üzeyir Cəfərov, Tanınmış hərbi ekspert





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10