![](/uploads/posts/2020-03/medium/1584258888_e84d0689-236a-4fc2-8ce3-184e81f3e833.jpeg)
Koronavirus böhranı çox təhlükəlidir. Heç bir ölkə bununla təkbaşına bacara bilməz.
Cenub.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
“ABŞ İranla bağlı sanksiyalar çərçivəsində 100 addım atıb. Sanksiya siyahısına təxminən 1200 İran vətəndaşı və təşkilat əlavə edilib. Dünya liderləri bu sanksiyalara məhəl qoymamalıdır. Sanksiyalar İran iqtisadiyyatına 200 milyard dollar ziyan vurub. Bu, beynəlxalq konvensiyalara və humanitar prinsiplərə ziddir”, – Prezident bildirib.