Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yeni Millət Vəkili vədlərini reallaşdırmağa başladı



“Siz məni yox, mən sizi axtaracam" vədi necə reallaşır?

 

Milli Məclisə namizədliyi irəli sürülmüş  Məşhur Məmmədov seçki öncəsi  bir çox cəlbedici vədlər vermişdi. Onlardan biri də qızların təhsilinə  dəstəklə bağlı vəd etdiyi “Təhsil Fondu” yaratmaq vədi idi.

İndi bu vədlər necə reallaşır? Artıq “Masallı Fondu” təşkil etməklə fondun təşəbbüs qrupu yaradılıb.  7 nəfərdən ibarət təşəbbüs qrupu yaradılıb. Fondun Nizamnaməsi hazırlanıb.

Əsas məram və hədəflər nədən ibarətdir?

Nizamnaməyə əsasən bu il- 2019-2020-ci tədris ilində Masallı rayonunun 70 saylı Seçki Dairəsnin ərazisində  (Xırmandalı, Həsənli, Qarğalıq,  Şərəfə, Yeddioymaq, Şıxlar, Musaküçə, Banbaşı və Masallı şəhər ərazisinə daxil) yerləşən 34 məktəbdə təhsil alan qızlar bu ildən başlayaraq  qəbul imtahanlarından 300-dən artıq bal toplayarlarsa aşağıdakı güzəştlər əldə edə biləcəklər:

  • Onların təhsil  xərclərini  “Masallı Fondu” ödəyəcək
  •  Onlar ali məktəbə ödənizsiz şərtlərlə qəbul olunublarsa, həmin qızlara təqaüd veriləcək.

 

  • Bəs şərtlər nədir

 

  •  Məzun qız ancaq dövlət universitetlərinə qəbul olunarsa,  bu güzəşt ona şamil ediləcək.

Bu qayda rayonda daha çox ehtiyac duyulan ibtidai sinif, Azərbaycan dili, riyaziyyat, fizika,  informatika, tarix, coğrafiya, kimya, biologiya, xarici dil və psixoloq  ixtisaslarını seçib qəbul olunanlara şamil edilir. Yəni,  musiqi, bədən tərbiyəsi və digər ixtisasları seçənlər bu güzəştdən faydalana bilməyəcəklər.

Bu güzəştlərdən faydalanmağa şanslı olan qızlarla müqavilə imzalanacaq.  Yəni, həmin güzştdən faydalanan qız  semestr imtahanında 51 faizdən aşağa nəticə göstərərsə ödənişlər dayandırılacaq. Həm də güzəştdən faydalanan qız ali təhsildən sonra ən azı 3 il Masallı rayonunda çalışmalıdır.

 

 Tələb olunan sənədlər-

  1. Fondun adına ərizə
  2.  Dövlət Pedaqoji və Xarici Dillər Universitetinə qəbul haqqında topladığı bal
  3. Bank hesabının nömrəsi
  4. Orta təhsil aldığı məktəbdən neçənci ildə həmin məktəbə daxil olması haqqında əmrdən çıxarış
  5. 3 x 4 sm ölçüdə 2 ədəd foto-şəkil
  6. Şəxsiyyət vəsiqəsinin sürəti
  7. Yaşayış yerindən arayış.

Bütün bunlardan əlavə daha yüksək bal toplayan məzunun müəllimlər üçün də mükafatlar nəzərdə tutulub. İlkin təklifdə bu mükafatın məbləği 1000 manatdır.  Həmin məbləğ məzunun  imtahan verdiyi fənlər üzrə müəllimlər arasında imtahanın nəticələrinə uyğun olacaq. Yəni, məzun qız  riyaziyyatdan 100, coğrafiyadan 50 faizlik nəticə göstəribsə, həmin məbləğ də ona uyğun bölünəcək

Qeyd: Müəllimlərə verəcək bu mükafat sual doğurub? Yəni bu mükafat hansı müəllimə veriləcək – məktəbdə ona  rəsmi dərs deyən, ya onu ali məktəbə hazırlayan digər müəllimə? Təşəbbüs qrupunun üzvləri birmənalı olaraq həmin mükafatın ona məktəbdə rəsmi dərs deyən müəllimə verilməsinin zəruri olduğunu qeyd etdilər. Səbəb kimi də onu vurğuladılrar ki, müəllim məktəbdə dərs deməyə daha maraqlı olsun.

Ortaya digər suallar da çıxdı.

 

“Legioner məzunlar”, yəni özü, valideynləri Bakıda yaşayıb, burada ancaq adı gedənlər bu güzəştlərdən necə faydalanacaq?  Cavab. Tələb olunan sənədlər sırasında - Orta təhsil aldığı məktəbdən neçənci ildə həmin məktəbə daxil olması haqqında əmrdən çıxarış-ın tələb olunması məhz bu məqamı dəqiqləşdirməyə xidmət edir.

 

Bəs digər seçki dairələrinin ərazisində yaşayanlar bu imkandan  faydalana biləcəkmi?

Yuxarıda qeyd olunub ki, bu güzəştlər birmənalı olaraq 70 saylı Masallı seçki dairəsindən məzun olan  qızlara şamil ediləcək. Fondun vəsaiti isə xeyriyyəçi iş adamlarının vəsaitlərindən formalaşacaq. Lakin, hər hansı ərazinin iş adamı istəsə, öz qəsəbə və kəndindən məzun olacaq qız üçün belə güzəştlər tətbiq edə bilər.  Tutaq ki, Bədəlan kəndi 70 saylı DSK-ya daxil deyil. Lakin oradakı xeyriyyəçi iş adamı həmin kəndin qızlar üçün belə guzəştlər tətbiq edə bilər. Həmçinin belə xeyrəyyiəçilər  dairə ərazisində müəllim ixtisası ilə kifayətlənməyib, o sıraya həkim, mühəndis və sair ixtisasları da daxil edə bilərlər.

Bəs bu qız olduqca imkanlı ailədəndirsə, yaxud ali məktəbi bitirdikdən sonra ailə həyata quraraq başqa rayona gedərsə, necə olacaq? Belə hallar komissiya üzvləri tərəfindən fərdi qaydada araşdırılacaq.

Bundan əlavə Masallıdakı şəhid ailələrinin övladları hansı seçki dairəsində yaşamasından asılı olmayaraq bu güzəştlərdən faydalana biləcəklər.

 

 Başlıca məqam

  •  Masallı rayonunda daha çox qızın təhsilə cəlb olunmasına nail olmaq.
  • Hələ orta məktəbdə oxuyarkən. “onsuz da Bakıda və digər yerdə təhsil almağa pul olmayacaq”, “Ödənişliyə düşsəm, onu ödəyə bilməyəcəm” və sair sıxıntılara son vermək.
  • Bu addımla erkən nigahların qarşısına sədd çəkmək.
  • Bütün ailələrin, eləcə də ziyalıların, gənclərin təhsilə çox önəm verməsini təmin etməkdir.

 

Komissiya üzvləri xahiş edir ki, bu fondla bağlı rəy, təkliflərini və iradlarını bildirsin, bütün imkanlı şəxslərin bu xeyirxah işdə yüksəlişə nail olmasına dəstəkçi olsunlar.

 İnanırıq ki, Masallı rayonunu birbaşa, yaxud müştərək qaydada parlamentdə təmsil edəcək digər millət vəkilıləri – Anar İsgəndərov, Musa Qasımov, Fəzail İbrahimli və Cavanşir Paşazadə də bu təşəbbüsə qoşularaq Masallı rayonun dəgər ərazilərindəki qızların da təhsilinə yönəlmiş bu yardımlaşmaya dəstəkçi olacaqlar.

 Zahir Əmənov. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10