Martın 27-nə yaxın bir vaxtda məsələ yenidən müzakirə oluna bilər
"Təhsil ocaqlarında dərslər martın 27-dək dayandırılıb. Həmin vaxta bir neçə gün qalmış vəziyyət yenidən qiymətləndiriləcək və ola bilər ki, təhsil müəssisələri ilə bağlı əlavə qərar verilsin".
Cenub.az ayna.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, martın 27-nə yaxın bir vaxtda məsələ yenidən müzakirə oluna bilər.
Qeyd edək ki, martın 14-ü saat 00:00-dan ölkədə 1 aylıq xüsusi rejim tətbiq olunacaq.