Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyədə məktəb və bağçalarda tətil elan edildi


Türkiyədə məktəblərdə martın 16-dan 30-dək tətil elan edililib.

“HaberGlobal”ın məlumatına görə, bu barədə Milli Təhsil naziri Ziya Selçuk koronavirusa qarşı ölkədə təhsil sahəsində həyata keçirilən tədbirlər barədə danışarkən bəyan edib.

O, dərslərin distant üsulla davam etdiriləcəyini bildirib: “İki həftəlik tətil zamanı şagirdlərimizdən evdə istirahət etmələrini xahiş edirik. 23 mart - bazar ertəsindən etibarən evdə distant təhsil prosesi başlayacaq”.

Bundan başqa, ölkə ərazisində körpələr evləri və bağçalar da növbəti elana qədər tətilə buraxılıb.(oxu.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10