Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Səhiyyə Nazirliyi əməkdaşlarının üstünə asqırdığı üçün 5 000 cərimə olundu...



İsraildə kişi hökumət işçilərinin üzərinə asqırdığı üçün cərimə olunub.

Cenub.az Moderator.az-a istinadla xəbər verir ki,  mərkəzi dairə prokurorluğunun bildirdiyinə görə, hadisə bir vətəndaşın Tailanddan qayıtdıqdan sonra Səhiyyə Nazirliyinin təlimatlarına uyğun olaraq karantinə alınmalı olduğu vaxt baş verib. 

Nazirliyin müfəttişləri karantinə riayət edib-etmədiyini yoxlamaq üçün kişinin yanına gələndə o, sənədlərini göstərməkdən imtina edib və məmurlara qarşı kobud davranıb. Hətta üstəlik, bundan sonra bir neçə dəfə nümayişkaranə  şəkildə Səhiyyə Nazirliyi əməkdaşlarının üzərinə asqırıb.

Məlumata görə, martın 12-də- cümə axşamı günü günahkar İsrail vətəndaşı səhvini etiraf edərək müfəttişlərdən üzr istəyib.  O, bir daha digər insanların üzərinə asqırıb-öskürməyəcəyini vəd edib. Bu səbəbdən məhkəmə işi bağlanıb. 

Prokurorluq yalnız xətakarın üzərinə  5000 şekel(təxm.2340 AZN) cərimə yazmaqla kifayətlənib. 

Prokurorluqda o da qeyd edilib ki, kişi koronavirus xəstəliyinə yoluxmayıb və karantin rejimini pozmayıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10