Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

31 yanvar 2007-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Bəs pulu hara xərcləyəcəksən?
- Həmin yaltaqların , satqınların , “qaloş “ ların o qədər problemi var ki. Məsələn , yaltaq xəstələnib. Bax, buna görə həmin yaltaq ayağa durub vəzifəsini icra etmək gücünə çatana qədər ona yardım olunmalıdır. Axı, o, ayaq üstə olmalıdır ki, kiməsə yaltaqlansın .
- Bəs bu işlərdən sənin xeyrin nə olacaq ?
- 5 manat onun adına yazıb, 3-nü də öz adıma götürəcəyəm. . Yaltaqda kişilik harda idi ki, buna etiraz edə .
- Bəs fondun işində aşkarlıq olmayacaq ?
- Ay qız , bizdə heç dovlət büdcəsində aşkarlıq yoxdur, o ki ola büdcədənkənar fond .
- Bəs xalq sənə nə deyər ?
- Ehh , bu xalqın dizaynı çoxdan pozulub. Buna görə başçılar hara gedəndə özləri ilə dizayner aparırlar ki, həmin rayonun dizaynın düzəltsinlər. İntəhası bu dizayner işinə baxanlar özləri də düz-ağıllı adamlar deyil .
- Sən də hər şeyə qara yaxmaqla məəttəlsən. Bu qədər işıq dirəklərin görürsən ?
- Görurəm və bilirəm ki, bizdə işıqlı adamlar azaldıqca , işıq dirəkləri çoxalır. Çünki işıqlı, cəsarətli adamlar çox olsa , gedib o işıq xəstələrinə deyərlər ki, yanvarın axırıdır , hələ də məktəblər, uşaq bağçaları, xəstəxanalar yanacaq pulu olmayıb, uşaqlar xəstələnib soyuqdan qırılır. İndi bu uşaqları aparıb, həmin işıq dirəklərinin altına uzadıb, qızdıraq, ya təzə dəyişdirilən büstlərin qarşısında qaçırdaq ki, istiləşsinlər? Eh, dərd çoxdur. Qonşu idarədəki oğlana baxıram. Dağ gövdəli vücudu , vid-fason, qalstuk, biğ ... apar qoy Babəkin heykəli ilə qoşa, Babək utanıb qaçar. Hər şeyi var – bircə cəsarəti, mərdliyi yoxdur.
- Bilirsən, eləsi nə qədərdir? “Kişidi bu, bığı da var “mahnısını elə belə qoşmayıblar ki. Bir də boş-boş şeylərdən çox danışırsan. İndi qlobal məsələlərdən danışmaq dəbdədir. 2-3 ay başçı işlədin, o müəllimin, bu pensiyaçının qəpik-quruşun yeyib, özünü biabır etdin. İndiki başçılar daha ağıllı, qlobal səviyyəli rüşfətxorluq edirlər . Məsələn, bazarın birini sökür, onun yerinə təzədən onların özünə satmaq ücün 200 min dollar alır . O biri, bazarı sökmür, sökulən bazarı (gözu çıxan qardaşı ) ona göstərib, bazarını sökmədiyinə görə 300 min dollar alır. Yoxsa , yaltaq belə gəldi, “qaloş” belə getdi, rüşvətdənkənar fond o biri tərəfə fırlandı. Get, dingənəni yaxşı bağla, gəl dizaynerin bığının altından keç, bəlkə, sənə də bir pay çatdı.
- Bəs bizim ağsaqqallar, ziyalılar, rayonu özlərinə əmanət bilən qeyrətli kişilərimiz bu soyğunçuluğa nece baxır ?
- Ağzımı açma da. İndi ağsaqqalı da, ziyalını da...
Zahir Əmənov



.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10