"Hamımız Allaha məxsusuq və hamımız onun hüzuruna qayıdacağıq..."
![](/uploads/posts/2020-03/medium/1583991137_9d89160e-1eb9-4577-842d-b4299fde7178.jpeg)
![](https://moderator.az/fotobaza/orta/275498.jpg)
![](/uploads/posts/2020-03/medium/1583991137_9d89160e-1eb9-4577-842d-b4299fde7178.jpeg)
Rusiya paytaxtında Tarixi Məscidin müəzzini(azan verən) Rais Hanefeyev iş başında dünyasını dəyişib.
Cenub.az xəbər verir ki, "İnterfaks”ın yaydığı məlumata görə, 20 il bu məsciddə hər gün 5 dəfə azan oxuyan 60 yaşlı din xadimi martın 10-da həmin ibadətgahda da haqq dərgahına qovuşub.
Məscid nümayəndəsinin sözlərinə görə, çərşənbə axşamı Hanefeyev, hər zaman olduğu kimi, saat 12: 45-də başlayan zöhr(günorta) namazından öncə məscidə gəlib.
"O gün heç bir şeydən şikayət etmədi. Amma, yəqin ki, özünü pis hiss edirdi. Çünki azanı oxuya bilmədi. İnsanlar nəsə olduğundan şübhələnərək namazdan sonra Raisi axtardılar, ancaq, təəssüf ki, yalnız cansız cəsədini tapa bildilər"- deyə nümayəndə bildirib.
![](https://moderator.az/fotobaza/orta/275498.jpg)
Məscid əhlinin sözlərinə görə, müəzzin Rais Hanefeyev xeyirxah və fədakar bir insan olub.
"Hamımız Allaha məxsusuq və hamımız onun hüzuruna qayıdacağıq... Yaxşı insan idi, yumşaq, mehriban adam idi. Hamınız onun üçün dua edin” -deyə möminlərdən biri çağırış edib.
Qeyd edilir ki, Moskvada Tarixi məscid kimi tanınan müsəlman ibadətgahı 1823-cü ildə Böyük Tatar küçəsində - Zamoskvoreçye Tatar icmasının tarixi mərkəzində inşa edilib.