Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nursultan Nazarbayevin qızı və nəvəsinin əmlakı həbs edildi



İngiltərə hakimiyyəti Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı və nəvəsinin əmlakını həbs edib.

Cenub.az xəbər verir ki, bu barədə məlumatı BBC telekanalı yayıb.

Qeyd olunduğu kimi, Nazarbayevin qızı, Qazaxıstan Senatının spikeri Dariqa Nazarbayeva, böyük oğlu Nurali Əliyev və onun həyat yoldaşı Aida Londonda 100 milyon dollardan çox dəyərində mənzillər və evlər alıb.

Nəşrin bildirdiyinə görə, əmlak üç ofşor (Antil adaları, Panama və İngiltərənin Anqil ərasizi) vasitəsilə əldə edilib. Bunların arasında Bişops prospektində hovuzu və kinoteatrı olan villa, Highgate bölgəsində ev və dəbli Çelsi rayonunda mənzil var.

İngiltərə hakimiyyəti Nazarbayevin əmlakını hüquq-mühafizə orqanlarının tələbi ilə 2019-cu ilin yazında həbs edib.

London Ali Məhkəməsinin hakimi məlumatın açıqlanmasına icazə verib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10