
Astara rayonunda avtomobil körpüdən aşıb.
Cenub.az apa-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Astaranın Şahağacı kəndi ərazisindən keçən hissəsində baş verib.
"Toyota" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. İlkin məlumata görə, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Hazırda ölən və xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.