Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

10 dekabr 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Bunun səbəbi daha qəribədir. Masallıda işıq idarəsinin adı və müdiri dəyişib. Təzə müdir fəaliyyətə başlayan kimi öz varlığını hiss etdirmək üçün işıqları daha tez-tez sondürməyə başlayıb. Adamlar da dərhal maraqlandılar – bu idarənin sahibi kimdir ki, ancaq qaranlıqda işləyir?
- Mən bilən, qaranlıqda təmir adı ilə silinən yüzlərlərlə elektirik dirəyinin, yüz metrlərlə məftillərin, onlarla transformatorun hesabını öyrənmək daha asandır.
- Amma elektrik şəbəkəsinə baxanda, insafla desək, Mərkəzi Xəstəxanada bolluqdur. Daha xəstəxananın qarşısında nələr yoxdur - piraşki ləvəngi, ləb-ləbi, isti çörək, xaş və sair.
- Bəs güzəştli dərmanlara necə?
- Bax, burada yerini pis eləyirsən də. Hələ ötən dəfə dedik ki, güzəştli xəstələrə pulsuz verilməlı olan dərmanlar üçün ayrılan vəsait bir neçə ay əvvəl xərclənib. Hörmətli Cəlil həkim də bu problemin çətinliyini görüb, dərman üzünə həsrət qalan ruhi xəstələrin, şəkərli diabetlərin, qan xəstəliyinə tutulanların “fikrindən”, onların gözünə görünməmək üçün gah Türkiyəyə, gah Rusiyaya səfərlər edir.
- Deyilənlərə görə, doğum şobəsinin təmiri adı ilə əldən çıxan 459 min manatın yerini doldurmaq üçün təzə doğulan hər uşağa üçün gənç analardan 30-40 manat çirpışdırmaq məsələsinə görə də Cəlil müəllim çox əziyyət (bəzən də xəcalət) çəkir.
- Ona de, darıxmasın, yeni ilə az qalıb. Deyilənə görə, dərman və təmir üçün daha çox pul ayırılacaq, deməli, çırpışdırma imkanı da daha böyük olacaq.
- Bir məsələni də aydınlaşdıraq. Bəzi müdirlər bizdən kömək istəyir. Deyirlər ki, bankomat məsələsi çıxandan iş müşkülə düşüb. Bilmirsən, plastik kartı özündən olan müəllimdən pulu necə çırpışdırasan?
- Bunu bilməyə nə var ki? Necə ki, musiqi məktəbində edirlər, onlar da elə etsin. Yəni buranın direktoru kimi müəllimlərin kartını elə özündə saxlasın, istədiyi qədər də üstündən götürsün.
- Müəllim dedim, yadıma yoxlamalar düşdü. Təhsil rəsmilərinin dediklərinə görə, oktyabrın ilk günlərindən məktəblərdə zırıltı yoxlamalar başlanılıb. Bu vaxta kimi 20- yə yaxın məktəbi “şimon “ eləyiblər. Amma hansı nöqsan aşkarlanıb, kimlər cəzalanıb, bu barədə məlumat almaq dönüb bir müşkülə.
- Elə bilirsən, həmin məktəbləri təhsilə ürəkləri yandığından yoxlayırlar? Elə olsa idi, aşkar etdikləri nöqsanları mətbuatda faş edərdilər, digər məktəblər də ibrət götürərdi.
- Dəqiq bilmədiyin iş haqqında danışma. Bəlkə, yenə də abunəyə başları qarışıb, belə işləri də unudublar. Çünki abunədən gələn pul o biri işlərin yanında heç nədir.
- Bu, abunə söhbətin gələn dəfəyə saxlayaq. Çünki bu işdə fır-fırıldaq o qədərdir ki, bir ”çəpərə” sığışmır. Yüzlərlə müəllimin, həkimin, sahibkarın abunə adı ilə pulunu çırpışdırıb, abunəçilərlə fındıq-fındıq oynayıb, özləri qoz-qoz gələnlər elə bilirlər ki, onların əməllərindən heç kmin xəbəri yoxdur.
- Hələ bu harasıdır? İndi rayonumuzda onlarla, yüzlərlə elə şagird var ki, bilinmir müəllimi kimdir, müəllim bilmir qiymət yazdığı uşaq kimdir. O qədər uşaq var e, adı burada özü Bakıda, Rusiyada. Hələ təcrübəli direktorlar işi elə qurur ki, şagird nədir, bəzı siniflərin yerli-dibli adı olur, özü yox. Qısası, bu gün məktəblərdə rüşvətin, korrupsiyanın bütün “rənglərinə” təsadüf etmək mümkündür.
- Səbəb nədir?
- Çünki bu işlərdə cinayət edənlər yox, həmin cinayətlərin üstünü açanları daha çox cəzalandırırlar.
- Sən də qəribə adamsan e. Hər dəfə söhbətin əvvəlində elə-belə şeylərə o qədər vaxt ayırırsan, söhbətin sonunda, əsas məsələlərə çatanda vaxtımız qurtarır.
- Eybi yox, Hind alimləri demişkən, insan xörəkdən doymamış çəkilməli-dir, yoxsa bizimkilər təki, çabalayana qədər yeyəndə, xörəyin də ləzzəti qaçır. Bir də nə qədər ki, bəzi tərbiyə ocaqlarına tərbiyəsizlər rəhbərlik edir, indi fikirləş ki, belələrini vəzifəyə təyin edən və belələrini müdafiə edənlər nə gündədir. Buna görə də delə söhbətlər bitən deyil.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10