Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Merkel, Tramp, Putin – kim nə yeyir, nə içir?



Piylənmə üzrə Avropa Tibb İnstitutunun mütəxəssisləri Rusiya prezidenti Vladimir Putin, Amerika lideri Donald Tramp, Almaniya kansleri Angela Merkel və İspaniyanın baş naziri Pedro Sançesin necə qidalanması haqda məlumat veriblər.

"El Confidencial” xəbər verir ki, təhlillərə görə, Putin əla formadadır. Ümumiyyətlə, Rusiya lideri yağsız ət, yağlı və yağsız olan balıq növlərini yeməyi sevir. Ayrıca, onun rasionunda meyvə, tərəvəz, taxıl və yumurta da var.

Bununla yanaşı, mütəxəssislər Rusiya prezidentinin güclü emal olunmuş məhsullar yemədiyini və spirtli içkilər içmədiyini qeyd edirlər. Ancaq bir sağlıq demək istəyirsə, o zaman şərab və ya pivə seçir.

Trampa gəlincə, o, 73 yaşında hələ də fast food sevir. Onun yemək siyahısı hamburger və yumurtalı-pendirli sendviçlərə əsaslanır. O, eləcə də, donuz əti və sousları, fri kartofla qızardılmış qanad, həmçinin pizza sevir. ABŞ prezidenti sərinləşdirici içkilər içir, kökə yeyir, bunula belə alkoqollu içki qəbul etmir.
Merkelə gəldikdə, 65 yaşlı xanım milli mətbəxi sevir: soslu kolbasa və kartof püresi yeyir. Ayrıca pendir fondu xoşlayır, pivə içir. Şam yeməyində tərəvəzlərə üstünlük verir.(qaynarinfo)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10