Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda benzin ucuzlaşa bilərmi?



“Neftin kəskin şəkildə ucuzlaşması benzinin qiymətinə təsir etməyəcək”. 


Cenub.az xəbər verirki, bu sözləri Yenisabah.az-a iqtisadçı ekspert Qadir İbrahimli bildirib. Onun sözlərinə görə, 2008 və 2015-ci il təcrübəsi göstərir ki, neftin ucuzlaşması benzinin qiymətinin aşağı salınmasına səbəb olmayıb.

“2008 və 2015-ci illərdə də neftin qiymətində ucuzlaşma baş vermişdi. Lakin hökumət benzinin qiymətini salmadı. Bir qədər sonra hələ artırdı da. Bu dəfə də belə olacağını söyləmək olar. Benzinin ucuzlaşacağını düşünənlər yanılırlar”, -deyə Qadir İbrahimli vurğulayıb.

Dünya bazarında neftin qiyməti ucuzlaşaraq 32 dollara düşüb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10