Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

20 noyabr 2010 ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Borc dedin, yadıma ”Nisyə dəftəri” düşdü. O gün molla da hüzr məclisində əyləşənlərin marağını nəzərə alıb bu mövzuda xeyli danışdı.
- Mollalar da nisyə xidmət göstərirlər?
- Bu dəqiqə nisyə məsələsi cəmiyyətin bütün sahələrinə yayılıb. Nisyə vəzifə, nisyə cehiz, nisyə ünvalı yardım... Mağazalardakı “Nisyə dəftər”- ləri gözə ən çox görünəndir. Bəziləri bilə-bilə mağazaya borclu qalırlar ki, guya əlləri aşağıdır. Biri ondan borc istəyəndə deyir ki, vallah, özümün mağazaya xeyli borcum var, istəsən get, filan mağazaya bax.
- Daha haralarda nisyə məsələsi var?
- Harada yoxdur ki? Uca millətimizin az qala hamısı bir-birinə borcludur. Təkcə hər rayonda banklara, kredit ittifaqlarına olan borcluların sayı minlərlədir. Hələ bu harasıdır? Həmyerlilərimiz adı xarci vətəndaşların –türklərin, iranlıların, pakistanlıların, çinlilərin də ... nisyə dəftərlərində öz yerlərini tutur. Buna görə də mağaza yanında maldan çox satıcılar “Nisyə dəftəri”nin hayına qalırlar.
- Sən danışdıqca mənim də yadıma bir əhvalat düşür. Belə ki, bir sahibkara “torba” tikirlər. Həmin şəxs tələbin qurtarmaq üçün and-aman edir ki, siz istəyən qədər pulum yoxdur. Ona məsləhət görürlər ki, bu problem deyil. Nisyə də qala bilərsən. 2 maşının var, birini satarsan, pulun qalanını da 2-3 həftəyə gətirərsən, təki biz istəyən haqq-hesabı paralama.
- Axır vaxtlar mənə yaman maraqlı xəbərlər danışırsan. Bilirsən də, illərlə ağac kəsənlər son vaxtlar ağac əkməyə başlayıblar. Zorla yaşıllaşmaya cəlb edilən kollektiv də trasın ətrafında 100-ə yaxın ağac əkir. Elə ağac əkmə konpaniyası başa çatan ərəfələrdə icra hakimiyyətindən gəlib deyirlər ki, tez olun əkdiyiniz ağacları çıxardın.
- Səbəb?
- Səbəb çox sadə imiş. Bu kollektiv ağacları telekanallar çəkilişə gəlməmiş əkməyə başlayıblar. Buna görə onlara əkdikləri ağaçları zorla çıxartdırıblar, təzədən əkdirdilər ki, televiziyaya düşmək şansını qaçırtmasınlar.
- Məni bir başqa məsələdə yaman şübhələndirir. Əvvəllər yazmışdıq ki, yol polisləri heyvanları insanlardan çox istədiyindən həmişə mal meydanının yanında dayanır, insanlar çox olan yerlərə fırlanmırlar. İndi qəribə mənzərə yaranıb. Bir polis maşını, içində də bir-iki polis gecə-gündüz Seybətin döngəsində keşik çəkir. Bakıya sərnişin daşıyan sürücülərin burada maşın saxlamasına imkan vermirlər. Hər hansı maşın burada 1-2 dədidə dayananda da elə hay-həşir salır ki, elə bil dövlət sərhəddi pozulub. Əslində məqsəd təzə avtovağzalın sahiblərinə yarınmaqdır. Amma rayonun mərkəzində, xüsüsən, bazar və bayram günləri günortayadək, “Xan çinar” sarayının “Seyidlər “mağazası liə kəsişdiyi yerdən maşınlar az qala bir-birinə ”minir”, amma bircə polis nəfəri gözə dəymir.
- Sən maşını o biri maşına ilişdir, onda 5-10–u birdən gələcək.
- Qıza, bir də deyirlər, bəzi təhsil işçilərinin hüquqlarını müdafiə etməyi tərgitmisən?
- Bacı, can yiyəsi istəmirsə, mənə nə düşüb. 2 min məzün attestatı pulla satdılar, 1-2 nəfərdən başqa heç kimin cınqırı çıxmadı. Sonra dərs ili başlayan kimi butun müəllmlərə 5 manatdan proqram satmağa başladılar. Müəllimlərdən cəmi bircəciyi etməyib tənbəllik, bu barədə yuxarılara şikayət yazıb. Bəs oturan yerdə 5 manat xərcə düşən müəllimlər nə etsələr, yaxşıdır? Yekdilliklə izahat verdilər ki, onlar həmin proqramı pulsuz alıblar, kimsəyə bir qəpik də verməyiblər. Az qalıblar onların hüququnu qoruyan müəllimi böhtançı kimi həbs etsinlər. İndi mənə nə düşüb partizanlıq edəm. Allah bu milləti belə yaradıb da. Bazarkom tanıyıram, onu əzənlərə 50 min manatı oynaya-oynaya, haqqını qoruyana 50 manat xərcləyəndə isə elə bil ətini kəsirsən.
- Başımız xirda-para söhbətlərə qarışdı, əsas məsələ yadımızdan çıxdı. O nə xəbərdir ki, deyirlər başçı şəhərin “mer”ini otağından qovub, guya, bu gənc kadr haqq-hesabında rəhbərə “atıb”.
- “Atmaq” onun köhnə peşəsidir. Hələ bu vəzifəyə gəlməmişdən, o sahədə zəngin təçrübəsi var idi . Arada yadıma salsam, bu sahədə sənə bir neçə epizod danışaram. Amma kimə-kimə “atsa” da, gərək rəhbərə “atmaya” idi. Qaldı ki, onun işdən çıxarılmağına, o işi “çürütdülər” , həmin vəzifəyə onu təzədən “ təyin etdilər”, yəni ki dədə-baba qaydası ilə.
- Bunu yaxşı ediblər. Çünki o vəzifəni tutmaq üçün 4-5 nəfər özünü şəhid edirdi. Birini təyin edəcəkdilər, 4-ü inciyəcəkdi. Elə hər vəzifəni öz sahəsində satmaq ən ağıllı yoldur.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10