Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qazaxıstanda erməninin öldürdüyü masallılının nəşi vətənə gətirilir



Dünyasını dəyişən Etibar Teymurovun  münaqişə nəticəsində erməni tərəfindən  qətlə yetirildiyi bildirilir.

 Cenub.az-ən əldə etdiyi məlumata görə bir neçə gün öncə, bəzi mənbələ görə   martın 6-da   Qazaxıstanın Nursultan şəhərində, “İrs” adlı kafenin qarşısında ermənilərlə azərbaycanlılar arasında kütləvi dava alıb. Davaya səbəb erməni uşaqlarının söydüyü söyüş olub. Dünyasını dəyişən Etibarın  həmyerlisi Turalla erməninin davasını aralaşdırmaq üçün araya girdiyi bildirilir. Həmin vaxt isə Petros adlı erməni bıçaqla erməni Etibarı ürəyindən vurub. Və o, hadisə yerində keçinib. Daha bir neçə nəfər azərbaycanlı isə həmin davada yaralanıb.

Verilən məlumata görə, Etibar Teymurov Masallı rayon Bədəlan Ərazi Dairəsinin  Aşurlu kəndindəndir. 25 yaşı var. 2 azyaşlı uşaq atası idi.  Ailəlikcə həmin şəhərdə bizneslə məşğul olurlar. Onun həm də Hacı olduğu deyilir. Həmçinin bildiriloir ki,  Qazaxıstandandakı Azərbaycan səfirliyi olayı nəzarətində saxlayır. Cinayəti törədən şəxs həbs edilib.

Hadisədə adı hallanan Tural isə yaralanıb. Etibar Teymurovun nəşinin bu gün anadan olduğu Bədəlan kəndinə gətiriləcəyi bildirilir. 

Allah rəhmət eləsin.

Asif. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10