![](/uploads/posts/2020-03/medium/1583668628_8825a61b-b7b3-480b-9033-4a375fd09e21.png)
Belarusun Reçiça şəhərində Polis İdarəsinin narkotiklərə nəzarət və insan alverinə qarşı mübarizə şöbəsinin müdiri, polis polkovnik-leytenantı Oleq Marçik bölgədəki fahişəliklə bağlı vəziyyət barədə məlumat verib.
Cenub.az Belarus mediasına istinadən xəbər verir ki, Marçikin məlumatına görə, ildən-ilə intim xidmətlər göstərən qadınların sayı artır.
Bir qayda olaraq, 20 – 40 yaş arasındakı fahişələr sosial şəbəkələrdə və tanışlıq saytlarında müştərilər tapır və təklif etdiyi xidmətlərə görə 20 rubldan100 rubla qədər ödəniş tələb edirlər. Ancaq bəziləri intim xidmətlər üçün yeni geyimə də razıdırlar. Belə ki, xidmətlər üçün qızlardan biri onun üçün müştəridən çəkmə almağı istəyib.
Qadınlar “Mən qadın olaraq sevgi üçün yaradıldım” deyə tanışlıq saytlarında müştəri axtarışındadırlar.
Polis bəzən qeyri-peşəkar pornoqrafik film çəkən qrupları da həbs etmək məcburiyyətində qalır.