Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi: "Tanrı sizi və doğmalarınızı qorusun! Sevgilərlə!”



Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.

Birinci Vitse-prezidentin “İnstagram” səhifəsində yerləşdirilmiş Təbrikdə deyilir: “Əziz qadınlar!

Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!

Tanrı sizi və doğmalarınızı qorusun! Sevgilərlə!”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10